Karmel, Annabel. İkimiz üçün yeməliyəm : Hamiləlik zamanı və doğuşdan sonra düzgün qidalanma haqqında bilmək istədiyiniz hər şey / A. Karmel ; tərc.ed. K. Nəsibova ; məsl. F. Hinton. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 192 s.
Ana olmağa hazırlaşan hər bir qadın düzgün qidalanmağa çalışır. Çünki düzgün qidalanma həm özünün, həm də dünyaya gələcək körpəsinin sağlamlığı üçün çox vacibdir. Bu mənada, Annabel Karmelin "kimiz üçün yeməliyəm" adlı kitabı hamiləlik zamanı və doğuşdan sonra sağlam və dadlı yeməklər hazırlamaqda sizin əvəzedilməz köməkçiniz olacaq. Hamiləlik zamanı düzgün qidalanma körpənin sağlamlığı üçün ən vacib şərtlərdən biridir. Bu kitabda kulinariya üzrə tanınmış müəllif Annabel Karmel və sağlam qidalanma üzrə mütəxəssis Fiona Hinton sizə hamiləliyinizin hər bir mərhələsinə uyğun gərəkli məsləhətlər və uyğun yemək reseptləri təqdim edir: "90-dan çox ləzzətli yemək resepti; " vitamin və mineralların düzgün qəbulu üzrə tövsiyələr; " hamiləlik zamanı məsləhət görülməyən qidalar;" səhərlər yaranan ürəkbulanma, o cümlədən yuxusuzluq, qanazlığı və mədə qıcqırması ilə mübarizə üsulları; " körpəniz dünyaya gəlməzdən əvvəl sonra üçün hazırlayıb dondura biləcəyiniz yeməklərlə bağlı məsləhətlər. Annabelin məsləhətləri və 90-dan artıq sadə, lakin dəyərli yemək resepti ilə siz tam arxayın ola bilərsiniz ki, həm özünüz, həm də körpəniz ən sağlam və ən faydalı qidalarla bəslənəcəksiniz! Annabel Karmel işgüzar qadın olmaqla yanaşı, həm də üç uşaq anasıdır, 23 bestseller müəllifidir. Xidmətlərinə görə "Britaniya İmperiyası" ordeni ilə təltif edilib. "Sağlam körpənin sağlam qidası" və "Doğulandan bir yaşınadək qidalanma" kitabları geniş oxucu kütləsi toplayıb. Müxtəlif dərgilər üçün ana və körpə, eləcə də valideyn-uşaq mövzularında mütəmadi olaraq məqalələr yazır.