Nəcəf, Ə. N. Hun minilliyi: b.e.ə. IV-b.e.VI əsrlərdə türk dünyası: [monoqrafiya] / Ə. N. Nəcəf; elmi red. Ə. Taşağıl; red. T. Süleyman; elmi məsləhətçi B. Cavanşir. - Bakı: Teas Press, 2015. - 460 s. : il., xəritə.
Əsas mövzusu Avropa Hun xaqanlığı (370-460) tarixinin tədqiqinə həsr olunan bu kitabda hunların tarix səhnəsinə çıxması, mənşəyi, Böyük Hun Xaqanlığı, hun köçləri və dövlətləri, onların siyasi, mədəni kimliyi və dövlət təşkilatı araşdırılıb. Burada hunların Böyük xaqanı Atillanın fəaliyyəti, apardığı müharibələr, Avropa xalqlarının və kilsənin ona münasibəti müqayisəli öyrənilərək dünya tarixində oynadığı rol ətraflı təhlil edilib. Əsərdə Qafqaz Hun xaqanlığı, Siyenbi, Tabqaç, Sabir və Avar dövlətlərinin tarixi də əks olunub. Azərbaycan və Şərqi Anadoluda 600 il mövcud olmuş Qarahunlar dövləti tarixşünaslıqda ilk dəfə bu əsərlə araşdırma obyektinə çevrilib, Azərbaycan tarixində mühüm rol oynamış albanlar, sullar, bayandurlar haqqında Çin mənbələrində yer alan tarixi faktlar kifayət qədər ətraflı işıqlandırılıb.