Əliyev, Ziyadxan. "Hophopnamə" rənglərin işığında : Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə "Təhsil Nəşriyyat-Poliqrafiya" müəssisəsinin töhfəsi / Z. Əliyev ; red. A. Xəlilov ; naşir T. Axundov. - Bakı : "Təhsil" , 2022. - 108 s.
Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin bu kitabı dahi Azərbaycan şairi M.Ə. Sabirin ədəbi irsinin əsasını təşkil edən "Hophopnamə" yə rəssam münasibətlərindən bəhs edir. 1914-cü ildə baş tutan ikinci nəşrindən başlayaraq bizim günlərə kimi dəfələrlə çap olunmuş "Hophonamə"yə Azərbaycan rəssamlarının müxtəlif nəsilləri davamlı olaraq müraciət etmişlər. Bu irsə əhatəli münasibət göstərən Ə.Əzimzadə, İ.Axundov, N.İsmayılov, A.Hüseynov, E.Məmmədov, B.Hacızadə kimi tanınmış fırça ustaları ilə yanaşı, qrafika sahəsində çalışan digər rəssamlar - H.Məmmədov, M.Ağayeva, N.Hacıyev, O.Hüseynov, Y.Səmədov və b.da özümüzü özümüzə tanıtmaqda bərabəri olmayan və sərtliyi ilə seçilən "Sabir güzügüsü"nə müxtəlif süjetli əsərlər həsr etmişlər. Onların təhlili göstərir ki, şairin satirik şeirlərinin məna-məzmun yükünün duyulası dərəcədə koloritli olması, so nnəticədə rəssamların da əsərlərinin cəlbedici və düşündürücü olmasını şərtləndirmişdir. Bu rəsmlərin şairin çoxqatlı poeziyasının "oxunuşu" na müsbət təsir göstərməsi birmənalıdır. Kitab sabirsevərlər - ədəbiyyat xiridarları və Azərbaycan təsviri sənət tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.