Hophopnamə

Sabir, Mirzə Ələkbər. Hophopnamə / M. Ə. Sabir ; tərt.ed., müqəddimə A. Bayramoğlu ; elmi red. T. Kərimli ; rəs. A. Hüseynov ; naşir B. H. Axundov ; bədii red., tex. red. A. Ələkbərov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2012. - 552 s. 

Yeni Azərbaycan şeirinin yaradıcılarından olan Mirzə Ələkbər Sabirin şeirləri yarandıqları zamanın bədii sənədləri, XX əsrin əvvəlinin poetik və publisistik salnaməsidir. Sabirin bütün əsərlərini əhatə edən bu kitabda onun satirik şeirləri ilə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları yeni tərtib prinsipləri üzrə toplanmış, onlara qeydlər verilmiş, çətin başa düşülən sözlər üçün lüğət əlavə edilmişdir. "Hophopnamə"ni M.Ə.Sabirin bəzi əsərlərinə çəkilən illüstrativ rəsmlər də bəzəməkdədir.