Hazırsanmı? : Çətinlikləri aşıb özünü kəşf etməyə

Cüceloğlu, Doğan. Hazırsanmı? : Çətinlikləri aşıb özünü kəşf etməyə / D. Cüceloğlu ; bur.məsul Ə. Aslanoğlu ; söhbətləşdi D. Bayramoğlu ; tərc.ed. N. Fazil ; red. L. Məmmədov ; tex.red. N. Cəfərzadə ; dizayn H. Abdullayev. - Bakı : Mimta Yayımları, 2024. - 288 s.

Doğan Cüceloğlu təkcə psixologiya sahəsindəki parlaq karyerası ilə deyil, həyata istiqamət verən və insana dair hər hekayədən dərs çıxara bilən dərin zəkası ilə də ən önəmli elm adamlarından biridir. O, səksən illik zəngin həyat təcrübəsinin nəticəsi olaraq hamını maraqlandıran suallara ən səmimi cavablarını təqdim edir. Əslində, hər kəs kimi o da mübarizə aparır, kəşf edir və həyata dəyər qatır. Həyatın mənası nədir? Özümüzü necə inkişaf etdirə bilərik? Ümidsizliyin öhdəsindən necə gəlmək olar? İçimizdəki “mən”i kəşf etməyin yolu nədir? Kiminlə məsləhətləşməliyik? Həyat nələri mükafatlandırır? “Biz” olmaqdan ötrü nələr etmək lazımdır? Bu kimi mühüm sualları cavablandıran rəhbər səciyyəli kitab ömürboyu müsbət məziyyətlərin izində olan, onları həyatının hər anına ilmə-ilmə işləyən professor Doğan Cüceloğlunun ən mühüm əsərlərindəndir.