Notbohm, Ellen. Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt / E. Notbohm ; tərc. ed. P. Talıblı ; ix. red. N. Mustafayeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 277 s.
Ellen Notbohmun dəyərli məlumatlar və pozitiv düşüncələrlə zəngin olan, yumoristik ifadə dili ilə qələmə aldığı bu əvəzsiz əsərində təsvir edilmiş on fakt uşaqlarda autizm hallarının müəyyənləşdirilməsi üçün deyil, onlar barədə məlumatlılığımızı yüksəltmək üçün bütün lazımi informasiyaları özündə ehtiva edir. Bu yenilənmiş nəşr autizmli uşaqların gələcəkdə daha mənalı, zəngin, sərbəst və uğurlu həyat yaşaması üçün onlara hər gün üzləşdikləri ünsiyyət problemləri, sosial qavrayış və bacarıqlar, yetkin şəxslərin onların həyatında oynadığı həlledici rol haqda hərtərəfli məlumat verir. Problemə daha geniş baxış bucağından yanaşan kitabda dərin müzakirələrə yer verilib. Yenilənmiş nəşrdə tanış olacağınız əlavə bölmələrdən biri artıq yetkinlik yaşına çatmış autizm spektrində olan gənclər üçün daha on həyati və düşündürücü faktı bizimlə paylaşır. Kitabın əlavələrində yer almış diskussiya bölməsində isə istər fərdi, istərsə də qrup müzakirələri üçün 70-dən çox düşündürücü sualla tanış ola bilərsiniz. Uzun muddətdən bəri bestseller olan “On fakt” kitabı artıq bizi öz seçimlərimiz və fəaliyyətimizdə daha effektiv olmağa çağırmaqla, oxucuları hər bir autizmli uşağın ehtiyaclarını və potensialını daha dərindən anlamağa həvəsləndirir.