Dayanıqlı inkişaf məqsədləri Statistik icmal : DİM üzrə tərəqqinin milli kontekstdə statistik göstəricilərlə təsviri

 Dayanıqlı inkişaf məqsədləri Statistik icmal : DİM üzrə tərəqqinin milli kontekstdə statistik göstəricilərlə təsviri = Sustainable Development Goals statistical review : Description of the progress on SDGs in the national context with statistical indicators / Azərbaycan Respublikaasının Dövlət Statistika Komitəsi ; bur. məs. İ. Vəliyev ; icraçı: F. Nəcəfzadə [et al.]. - Bakı : Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2023. - 287 p.

Nəşrdə "Dünyamızızn transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır, son on üç ildə (2010-2022) milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiyalar statistik göstəricilərlə təhlil edilərək müxtəlif qrafik və cədvəllərlə təsvir edilir. Bu nəşrdə Birləşmiş Millətlər Təşkilatının statistika Komissiyası tərəfindən müəyyən edilərək baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilmiş qlobal göstəricilər sistemində əks olunan 111 dayanıqlı inkişaf Məqsədi göstəricisi üzrə mövcud statistik məlumatlar təqdim olunmuşdur.