Daş ilməli şəhərim : İçərişəhər mətbuatda - II cild
Rəsulova, Sevda. Daş ilməli şəhərim : İçərişəhər mətbuatda / S. Rəsulova ; elmi məsl. Q. Ə. Paşayeva ; məsl.: X. Mirzəzadə, K. İmanov ; bur. məsul H. Ağayeva ; naşir E. Məmmədov ; tex. red. M. Əsgərova ; dizayn. Z. Məmmədov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
II cild : Ensiklopedik toplu. - Bakı : Aspoliqraf, 2022. - 240 s.
Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdir. Orada bu günə qədər qorunub saxlanmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir.