
Kross, İtan. Boşboğaz : İçimizdəki səsi ram etməyin yolları / İ. Kross ; bur.məsul Ş. İxtiyaroğlu ; tərc.ed.: F. Mahmudov, F. Haqverdiyev ; red. Ü. Məmmədova. - Bakı : Qədim Qala, 2024. - 216 s.
Özünlə danışmağın doğru və yanlış yolları varmı? Nə üçün bəzi insanlar daxili aləmlərinə varanda öz hisslərini başa düşərək rahatlıq tapır, bəziləri isə bunu edəndə darmadağın olurlar? Bizim üçün dəyərli olan insanlarla nə onlarda, nə də özümüzdə mənfi fikir və emosiyalar oyatmadan necə ünsiyyət qura bilərik? Zəhərli stresin təsiri altında məntiqli düşünməyi öyrənmək mümkündürmü? Sosial mediada qarşılaşdığımız saysız-hesabsız "səslər" daxilimizdəki səsə necə təsir edir? Fəlsəfə doktoru, psixoloq İtan Kross “Boşboğaz” kitabında daxili səsimizin gizli gücünü aşkara çıxarır, xoş hisslərin üstünlük təşkil etdiyi sağlam və məhsuldar həyat yaşamaq üçün bu səsdən necə bəhrələnə biləcəyimizi göstərir.