Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikası tarixi. (1991-2021) : 2 cilddə / M. C. Qasımlı ; elmi məsl. E. Babayev ; elmi red. İ. Zeynalov ; Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. II cild : 2003-2021. - Bakı : BDU, 2021. - 520 s.
İki cilddən ibarət olan əsərin ikinci cildində ən mötəbər mənbə və ədəbiyyatlardan istifadə edilməklə 2003-2021-ci illər Azərbaycan Respublikası siyasi tarixinin aşağıdakı problemləri araşdırılmışdır. 2003 cü il 15 oktyabr prezident seçkiləri: ölkədə ictimai-siyasi şərait; 2005-ci il parlament seçkiləri; Bakı-Tbilisi-Qars dəmiryolunun təməlinin qoyulması; Heydər Əliyev Fondunun yaradılması və fəaliyyəti; 2008-ci il prezident seçkiləri; 2009-cu il konstitusiya referendumu; türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi; Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanına çevrilməsi; IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər; Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi; eks-prezidentlər haqqında qanunun qəbul edilməsi; Azərbaycan Respublikasının dünya kosmik klubuna üzv olması; 2013-cü il prezident seçkiləri; Cənub Qaz Dəhlizi, TAP və TANAP; V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər; Birinci Avropa oyunları; 2016-cı il aprel döyüşləri; 2016-cı il 26 sentyabr tarixli konstitusiya referendumu; Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi; IV İslam Həmrəyliyi oyunları; Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi; 2018-ci il növbədənkənar prezident seçkiləri; Günnüt əməliyyatı; Cümhuriyyətin 100 illiyinin bayram edilməsi; 2020-ci il növbədənkənar parlament seçkiləri; dövlət sərhədində Ermənistanın təxribatları; Azərbaycan-Türkiyə birgə hərbi təlimləri; BMT Baş Məclisinin BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasında Prezident İlham Əliyevin nitqi; Ermənistanın sentyabr təxribatı və müharibənin başlanması, ölkədə hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi; oktyabr döyüşləri və xalq-ordu birliyinin daha da güclənməsi; Cəbrayıl şəhərinin işğaldan azad edilməsi; Prezident İlham Əliyevin dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələri və xalqa müraciətləri; Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşanın işğaldan azad edilməsi, Azərbaycan - Ermənistan - Rusiya üçtərəfli bəyanatı; Ağdam, Kəlbəcər və Laçının azad edilməsi; dövlət başçısının işğaldan azad edilmiş torpaqlara səfərləri; Zəfər paradı-; 2021-ci 11 yanvar tarixli Moskva bəyanatı; Bakıda Hərbi Qənimətlər Parkının yaradılması; Şuşada musiqi festivalı; "Ağıllı kənd" layihələrinin təməlinin qoyulması; Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi; Ağdam şəhərinin dirçəldirilməsinə başlanılması; Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi; Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin əhəmiyəti; Zəfərin bir illiyinin bayram edilməsi; Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi; Soçi görüşü; Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirakı, NATO qərargahında keçirdiyi görüş və s. Kitab ali məktəblərin tarix və siyasi elmlər ixtisaslarında təhsil alanlar, siyasətçilər, diplomatlar, həmçinin Azərbaycan Respublikasının siyasi tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.