Karmel, Annabel. Annabel Karmelin körpələr üçün yeni yemək reseptləri : Döşdən ayırma, tez və asan başa gələn 200 resept / A. Karmel ; tərc.ed. F. Bünyadzadə. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 240 s.
Kitabda yeni reseptlər, eləcə də mütəxəssis məsləhətləri verilib. Körpələr üçün 1 №-li bestseller olan bu kulinariya kitabı tamamilə yenilənmiş nəşrlə 25-ci ildönümünü qeyd edir. Kitabda 200 dadlı təamın resepti, asan başa gələn yeməklərə dair təlimatlar və faydalı məsləhətlərlə tanış olacaqsınız... "Annabel Karmelin körpələr üçün yeni yemək reseptləri"nin necə qlobal fenomen olduğunu görmək asandır. Körpənizin həyata gözəl başlaması üçün sizə lazım olan ilhamı və məsləhətləri verən Annabel Birləşmiş Krallığın 1№-li uşaq kulinariya kitabının müəllifi və aparıcı qida mütəxəssisi titulunu hələ də özündə saxlayır. Bestsellerlər siyahısındakı daimi yerini qoruyan bu klassik kitab sayəsində dadlı və faydalı yemək axtarışında heç vaxt çətinlik çəkməyəcəksiniz.