Alternativ əməliyyat

Elatlı, Elxan Əbdürrəhman oğlu. Alternativ əməliyyat : Roman / E. Ə. Elatlı. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2022. - 408 s.

Qarabağı azad etmək uğrunda 44 günlük Vətən müharibəsi başlayıb. Düşmən isə təkcə cəbhədə, səngərlərdə deyil. Məxfi şöbəyə məlumat daxil olur ki, düşmənlər Azərbaycanda təxribat və qətllər törətmək üçün beş killeri gizli yollarla Bakıya göndərib: atası rus, anası erməni olan bombaçı Oleq Kuznetsov, "Çaqqal" ləqəbli erməni Hoven Novikov, PKK terrorçusu, mahir snayper Dilan Kalkan, milliyyətcə fars olan Rusiya vətəndaşı Altan Fədai və ən təhlükəli killer, atası azərbaycanlı olan Ayxan Asayev... Atasını uşaqlıqdan bəri görməyən, Sumqayıtda yaşayan ögey bacısı ilə şantaj olunan Asayevin vəzifəsi Məxfi şöbənin rəisi Ələmdarı öldürməkdir. Ələmdar Məxfi şöbə əməkdaşlarına agentləri zərərsizləşdirmək tapşırığı verir. Kapitan Gültən Dəmirli – Məxfi şöbənin Vaşaqı öz alternativ əməlliyyat planını təklif edir. O, Asayevi öz tərəfinə çəkməli, digər killerləri onun köməyi ilə zərərsizləşdirməlidir. Bu heç də asan məsələ deyil... Qarabağda isə döyüşlər gedir, evlərə şəhid tabutları gəlir, buna rəğmən ordumuz ard-arda böyük zəfərlər qazanır, amma başda general Ruslanov olmaqla içimizdəki xainlər, pula satılanlar, ermənidən daha təhlükəli düşmənlər hər şeyi edir ki, bunun qarşısını alsın...