
Hok, Rocer. 40 tədqiqat : Psixologiya elmini sarsıtmış məşhur eksperimentlərin sirləri. I hissə / R. Hok ; red. A. Mirzəyva ; bur.məsl. Ş. İxtiyaroğlu ; tərc.ed. İ. Hacıyev. - 2-сi nəşr. - Bakı : Qədim Qala, 2022. - 232 s.
"40 tədqiqat" əsəri insan davranışları, bu mövzuda olan psixoloji araşdırmaların inkişafı və onların elm aləminə töhfəsi ilə maraqlanan ən geniş oxucu çevrəsi üçün nəzərdə tutulub. Elmi məzmuna və eyni zamanda sürükləyici təhkiyəyə malik olan bu əsər psixoloji mövzuda qələmə alınmış ən unikal araşdırmalardan hesab edilir. Psixologiya elmini sarsıtmış ən unikal araşdırmalardan hesab edilir. Psixologiya elmini sarsıtmış ən məhşur tədqiqatlar arasında uğurla seçim edən Rocer R. Hok öz bənzərsiz üslubu, zərif, aydın və lokonik təhkiyəsi ilə bu eksperimentlərin sirrini oxucuya açıqlayır. Bu kitaba orijinal əsərdə yer alan ən çox əks-səda doğurmuş tədqiqatlar daxil edilmişdir. Bir çox mövcud təsəvvürləri alt-üst edərək çox saylı layihələr və yeni araşdırmalar üçün zəmin yaratmış bu tədqiqatlar hər zaman akademik müzakirələrin ən aktual mövzusudur. Psixologiya elmi ilə tanış olmaq üçün sadəcə bir kitab oxumaq fürsətiniz varsa, məhz bu kitabı seçməlisiniz.