Ey mənim xalqım, ey mənim ümidim və pənahım!
Ürəyimin istiliyi səndədir. Fikrim işığını səndən alır.
Həyat yolumun sürüşgən döngələrində qolumdan tutan, məni yıxılmağa
qoymayan sən olmusan. Qolumdan tutub “yaz!” deyən sənsən.
Ürəyimə qüvvət verən, iradəmi sarsılmağa qoymayan sənin səsindir,
sənin uca vicdanındır, ey mənim hər şeydən əziz,
hər şeydən müqəddəs, hər şeydən gözəl və mərhəmətli xalqım.

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

2011-ci il in oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,19 iyul 2011

Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. Körpə yaşlarından anası və bacısını itirən Mirzə 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlir. Burdada tale onun üzünə gülmür. 1919-cu ildə atası vəfat etdikdən sonra Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmağa məcbur olur. Neft mədənlərində fəhlə işləməklə təhsilini Balaxanı Neft Texnikumunun gecə fəhlə kurslarında davam etdirir. Bədii yaradıcılığa da elə Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayır. Ədəbiyyata böyük maraq göstərən Mirzə İbrahimov 1930-cu ildə Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə yazılır. Bu illərdə “Qazılan buruq” adlı ilk şeri “Aprel alovları” məcmuəsində dərc edilir. Yaradıcılığında “Həyat” pyesi ilə ədəbi həyatının əbədiliyinə varan, “Gələcək gün”ü ilə sabahımızı soraqlayan, “Böyük dayaq” la ədəbiyyatımıza deyil, kinomuzun taleyinə imza atan, “Pərvanə” si ilə özünün vətən, torpaq, el pərvanəsi olduğunu təsdiqləyən Mirzə İbrahimov görkəmli dramaturq, yazıçı olmaqla yanaşı həm də elm xadimi olaraq elmimizin, dilimizin inkişafında böyük rol oynayan bir şəxsiyyət idi. Milli dil problemləri, ədəbi dilin saflığı, gözəl səlis nitq ədibin yazılarında əsas məsələlərdən biri idi. Belə ki, bu sahəyə Mirzə İbrahimov ilk dəfə 1939-cu ildə yazdığı “Böyük demo-krat”monaqrafiyasında diqqət yetirmişdir. Sonralar 1957- ci ildə nəşr edilən “Azərbaycan dili” kitabında “Dilimizin inkişaf yolları haqqında” (1943), “Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək” (1944), “Azərbaycan dili” (1945),”Azərbaycan dili dövlət idarələrində” məqalələrində də ədibin ana dili ilə bağlı müəyyən fikirləri toplanmışdır.
Yazıçının dramaturq kimi fəaliyyəti də çox zəngin olmuşdur O, «Həyat» (1935), «Madrid» (1937), «Məhəbbət» (1941),«Kəndçi qızı» (1961), «Yaxşı adam” (1963), «Közərən ocaqlar» (1967) pyesləri Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. İlk dəfə “Həyat” pyesi 1935-ci ildə müsabiqədə mükafatlandırılaraq Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Bunun ardınca “Madrid”(1937), “Məhəbbət”(1941) pyesləri də səhnəyə qoyulur.
Müharibə illərində ədib bu sahədəki fəaliyyətini dayandırır. Lakin 20 il fasilədən sonra 1961-ci ildə “Kəndçi qız” pyesi səhnələşdirilir.Ədibin “Böyük dayaq”(1962) romanı əsasında çəkilən “Böyük dayaq” filmi Azərbaycanın kino sahəsində indidə sevilərək izlənilən filmlərdəndir.
Yazıçı V.Şekspirin «Kral Lir», «On ikinci gecə, yaxud hər nə istəsəniz», A.N.Ostrovskinin «Quduz pullar», "Müdrik olan hər kəsə kifayətdir sadəlik», A.P.Çexovun «Üç bacı», Molyerin «Don Juan» pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil alır. Sonra onu Naxçıvan MTS siyasi şöbəsinə — «Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərirlər.1937-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsilini davam etdirirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət və Balet Teatrının direktoru, 1941-ci ildə Ordu sıralarında olarkən Cənubi Azərbaycanda “Vətən yolunda» qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir.Görkəmli yazıçı özünün ictimai fəaliyyəti ilə də fərqlənmişdir. 1942-1946-cı illərdə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır, 1945-ci ildə Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilir. 1946-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, 1965-1975-ci illərdə birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1946-1950-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini,1954-1958-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmiş, Azərbaycan KP qurultaylarında ardıcıl olaraq MK Büro üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası İttifaqın Konqresi (Helsinki, 1955, Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları Konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX, XXI və XXVI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı da olmuşdur. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə ABŞ, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirilmişdir.
O, milli filologiya elmi kadrların hazırlanması sahəsində də böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi» nin yaranmasında ciddi əməyi olmuşdur.
1960-1970-ci illərdə institutun “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” şöbəsinə başçılıq etmiş, 1970-1986-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Ədibin həmkarları onun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirirlər

Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır

Mir Cəlal

Mirzə İbrahimovun dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri yerlərdən birini tutur.

Mehdi Hüseyn

Mirzə İbrahimov... öz gərgin yazıçı əməyi ilə zəmanəmizin böyük nəsrini yaradan bir yazıçı kimi Azərbaycan xalqının həyat salnaməsini yazan böyük sənətkarlardandır

Anatoli Safranov: yazıçı

Mirzə İbrahimov xalqın sevimlisidir, təcrübəli və püxtə bir yazıçıdır

Sabit Rəhman

Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Azərbaycan xalqının sevimlisi, istedadlı yazıçı və dramaturqumuz Mirzə İbrahimov, məhz, belə sənətkarlardandır.

Mikayıl Abdullayev

Əsərləri:

Kitablarda:

Əsərləri : X cilddə. I cild. - Bakı : Yazıçı, 1978. - 512 s.
Əsərləri : X cilddə. II cild. - Bakı : Yazıçı, 1978. - 504 s. Əsərləri : X cilddə. III cild. - Bakı: Yazıçı, 1979. - 592 s. Əsərləri : X cilddə. IV cild. - Bakı : Yazıçı, 1979. - 506 s. Əsərləri : X cilddə. V cild. - Bakı : Yazıçı, 1980. - 339 səh. Əsərləri : X cilddə. VI cild. - Bakı : Yazıçı, 1981. - 376 s. Əsərləri : X cilddə. VII cild. - Bakı : Yazıçı, 1981. - 332 s. Əsərləri : X cilddə. VIII cild. - Bakı : Yazıçı, 1981. - 303 s. Əsərləri : X cilddə IX cild. - Bakı : Yazıçı, 1982. - 664 s. Əsərləri : X cilddə X cild. Bakı : Yazıçı, 1983. - 507 s.
Seçilmiş əsərləri : İki cilddə. I cild : Hekayə. Povest. Pyes. - Bakı : Şərq-Qərb, 2005. - 432 s.
Seçilmiş əsərləri : İki cilddə. II cild . - Bakı : Şərq-Qərb, 2005. - 520 s.
Anama deyərəm ha!: hekayələr və povestlər. - Bakı: Gənclik, 1986. - 336 s.
Aşıq poeziyasında realizm. – Bakı : 1966. – 84 s.
Böyük satira ustası : Cəlil Məmmədquluzadə. - Bakı : Azərnəşr, 1966. – 96 s.
Böyük şairimiz Sabir. - Bakı : Azərb. SSR EA Nəşriyyatı, 1962. 38 s.
Ədəbi qeydlər. - Bakı : Azərnəşr, 1970. - 299 s.
Gələcək gün . - Bakı : Çaşıoğlu, 2009. - 480 s.
Xəlqilik və realizm cəbhəsindən : məqalələr. – Bakı : Azərnəşr, 1961. - 524 s. Mədinənin ürəyi : hekayələr.- Bakı : Uşaqgəncnəşr, 1961. - 213 səh.
Murovdağın ətəyində : hekayələr. - Bakı : Azərnəşr, 1964. - 93 s.
Niyəsiz, necəsiz bir yazısan sən : məqalələr toplusu. - Bakı : Yazıçı. -1985. - 552 s.
Pərvanə : roman. - Bakı: Yazıçı, 1984. - 703 s.
Pərvizin həyatı : Povestlər və hekayələr. - Bakı : Gənclik, 1981. - 251 s.
Tufanlara kömək edən bir qələm. - Bakı : Azərnəşr, 1987. - 197 s.

Dövri mətbuatda:

Böyük ədib, alim və pedaqoq : Mir Cəlal haqqında deyimlər // Ədəbiyyat qəzeti. - 2010. - 24 sentyabr. - N 38. - S. 1.
Əbədi həyat : əsərdən bir parça // Ədəbiyyat qəzeti. - 2010. - 29 oktyabr. - N 42. - S. 2.
Əbəbi həyat : Füzuli haqqında povest // Ədəbiyyat qəzeti. - 2008. - 19 dekabr. - S. 1-3.
Mehribanın dəftəri : hekayə // Göyərçin. - 2009. - № 5. - S. 4-5.
Məhəmməd Biriyanın məhəbbəti və faciəsi // Ədəbiyyat qəzeti. - 2010. - N 37. – S.5.
Pələng və insan // Göyərçin. – 2002. – N 1. – S.4-5.

Haqqında:

Kitablarda:

Ənbiya oğlu Ə. İbrahimov Mirzə Əjdər oğlu // XX əsrin 100 görkəmli azərbaycanlısı. – Bakı: Sumqayıt, 2002. – S.74.
Kürçaylı Ə. Dağlarda // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2004. – S.340. Quliyev E. M. İbrahimov Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. - Bakı: ADPU, 1997. - 96 s.
Mirzə İbrahimov (1911-1993) // Müasir Azərbaycan ədəbiyyatı. I C. : dərslik . - B. : Bakı Universiteti nəşriyyatı, 2007. - S. 413-429 s.
Muğanna İ. Mirzə İbrahimov (Cənub həsrəti ilə) // Seçilmiş əsərləri : VI cilddə. II cild. – Bakı : “Avrasiya Press”; 2009. – S.413.
Nəbiyev B. Xalq yazıçısı Mirzə İbrahimov // Xəzan vurmasın. - B. : Elm, 2006. - S. 387-392.

Dövri mətbuatda:

Alışanov Ş. Mirzə İbrahimov və XX əsr Azərbaycan ədəbi-nəzəri fikri : Mirzə İbrahimov – 100 // Ədəbiyyat qəzeti. – 2011. – 25 noyabr. – N43. - S.1,3.
Anar. Tənha müəllimin son səfəri // Azərbaycan. - 1994. - 2 fevral.- S.3. Azəroğlu B. Mirzə İbrahimov haqqında xatirə // Ədəbiyyat qəzeti. – 2011. – 29 iyul. – S.1-2.
Babayev A. Mirzə İbrahimov şəxsiyyəti : Mirzə İbrahimov - 100 // Ədəbiyyat qəzeti. - 2011. - 4 noyabr. - N 41. - S. 1,3.
Bayramov A. Ürəklərdə yaşayanlar : Mirzə İbrahimov - 100 // Mədəniyyət. - 2011. - 05. 08. - N 57. - S.
Elçin. Bir fotoşəklin tarixçəsi : Mirzə İbrahimov – 100 // Ədəbiyyat qəzeti. – 2011. – 25 noyabr. – N43. – S.3.
Əhmədov T. Görkəmli yazıçı və ictimai xadim : Mirzə İbrahimov – 100 // Respublika. – 2011. – 24 noyabr. – N 253. – S.4-5.
Əlibəyli G. İşıqlı şəxsiyyət : Mirzə İbrahimov – 90 // Ədəbiyyat qəzeti. – 2001. – 18 iyun. S.2.
Əsədova İ. O, Azərbaycanın işıqlı gələcəyinə inanırdı : 17 dekabr görkəmli yazıçı və ictimai xadim Mirzə İbrahimovun xatirə günüdür // Mədəniyyət. - 2010. - 17 dekabr. - N 89. - S. 13.
Əzablı yollardan keçən həyat hekayəti : Mirzə İbrahimov - 100 // Azərbaycan müəllimi. - 2011. - 7 oktyabr. - N 39. - S. 8-9.
Əzizov E. Mirzə İbrahimov və ana dili // Ədəbiyyat qəzeti. - 2011. - 18 fevral. - N 6. - S. 1-2.
Hüseynoğlu S. Xatirələr işığında : Mirzə İbrahimov haqqında // Ədəbiyyat qəzeti. – 2008. – 19 dekabr. – N 48. – S.1-2.
Xəlilzadə F. Xalqından işıq alan sənətkar // Azərbaycan. – 2002. – 27 oktyabr. – S.4.
Xəlilzadə F. Sənət zirvəsinə inadlı yürüş : Mirzə İbrahimov haqqında // Azərbaycan. - 2009. - 6 mart. - S. 7.
Xəlilzadə F. Sınaqlarla dolu həyat : Mirzə İbrahimov - 100 // Azərbaycan. - 2011. - 15 oktyabr. - N 228. – S.11.
Xəlilzadə F. Sözlərə və üz-gözə süzülən işıqlar // Azərbaycan. – 2001. – S.3.
Kamal R. Mirzə İbrahimovun inancı və Təbriz ilğımı : Mİrzə İbrahimov - 100 // Azərbaycan. - 2011. - N 10. - S. 3-6.

Kəlbiyeva A. Taleyin hökmü : Mirzə İbrahimov - 100 // Mədəni Maarif. - 2011. - N 10. - S. 14,15.
Məmmədli P. Ana dilimizin fədaisi : Mirzə ibrahimov – 100 // Respublika. – 2011. – N 253. – S.5.
Məmmədov Ş. M. İbrahimov və folklor : Mirzə İbrahimov - 95 // Azərbaycan müəllimi. - 2006. - 15 sentyabr. - S.7.

Mirzə Əjdər oğlu İbrahimov : Azərbaycanın təhsil nazirləri // Azərbaycan müəllimi. - 2011. - 9 sentyabr. - N 35. - S. 14.
Mirzə İbrahimovun ictimai-siyasi həyatı // Respublika. - 2010. - 17 dekabr. - N 275. - S. 5. ; 18 dekabr. - N 276. - S.5. ; 19 dekabr. - N 277. - S.2. ; 21 dekabr. - N 278. - S.4. ; 26 dekabr. - N 283. - S.5. ; 28 dekabr. - N284. - S.5.
Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı // Azərbaycan. – 1996. - 6 fevral.
Nəbioğlu S. Solmayan şöhrət : “Mirzə İbrahimov müasirlərinin xatirələrində” kitabı haqqında // Ədəbiyyat qəzeti. - 2009. - 16 yanvar. - S. 5.
Nəbioğlu S. Unudulmaz, həmişəyaşar Mirzə : Mirzə İbrahimov – 100 // Respublika. – 2011. – 24 noyabr. – N 253. – S.5.
Nəcəfov N. Orta məktəbdə Mirzə İbrahimov yaradıcılığının tədrisi tarixindən : Mirzə İbrahimov - 100 // Azərbaycan dili və ədəbiyyat tədrisi. - 2011. - N 3. - S. 57-65.
Niyarlı M. Sevimli ədibimizi xatırlarkən // Yazıçı qadınlar. - 2009. - N 03-06 (10). - S. 43-44.
Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi // Xalq qəzeti. - 2002. - 16 yanvar. – S.3. Sərvaz. Onun şəxsiyyəti örnək idi : Mirzə İbrahimov - 100 // Ədəbiyyat qəzeti. - 2011. - 9 ssentyabr. - N 33. - S. 2.
Sərvi S. Bir ömür həsrət və 556 saylı "İş" : Sosialist Əməyi Qəhrəmanı, x alq yazıçısı Mirzə İbrahimov haqqında // El. - 2011. - N 4. - S. 14-21.
Sərvi S. Bir ömür həsrəti : Mirzə İbrahimov - 100 // Mədəni Maarif. - 2011. - N 11. - S. 14-17.
Sultanqızı Ç. Görkəmli yazıçı və ictimaii xadim : Mirzə İbrahimov // Təhsil problemləri. – 2006. – 1-10 avqust. – N43-44. – S.5.
Ülvi A. Flora Xəlilzadənin yeni kitabı : 1934-cü ildə "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı altında təşkil edilən Azərbaycan Yazıçılar Birliyinin təşkilatçıları haqqında“ kitabına rəy // Xalq qəzeti. - 2009. - 6 oktyabr. - N 221. - S. 8.
Ülvi A. Mirzə İbrahimov xatirələr işığında : Teymur Əhmədovun “Mirzə İbrahimov xatirələr işiğında” kitabı haqqında // Xalq qəzeti. - 2009. - 6 iyun. - S. 8.
Vahid T. Ədəbiyyatımızın böyük dayağı : Mirzə İbrahimov – 100 : I yazı // Mədəniyyət. – 2011. – 19 oktyabr. – N 77. – S. 7.
Vahid T.Ədəbiyatımızın böyük dayağı : Mirzə İbrahimov -100 : II yazı // Mədəniyyət. - 2011.- 21oktyabr. - N 78. - S.7.
Vahid T. Ədəbiyyatımızın böyük dayağı : Mirzə İbrahimov - 100 : III yazı // Mədəniyyət. - 2011. – 28 oktyabr. – S.7.
Vahid T. 100 ilin bir gecəsi : Mirzə İbrahimov – 100 // Mədəniyyət. – 2011. – 25 noyabr. – N 87. - S.3.
Vəfalı A. Yarımçıq əsər - bütöv ömür : Mirzə İbrahimov - 100 // Ədəbiyyat qəzeti. - 2010. - 29 oktyabr. - N 42. - S. 1.
Yusifli V. Uca şəxsiyyət : Mirzə İ brahimov -100 // Ulduz. – 2011. – N10. – S.5-9

Tərcümələri:

(ruscadan)

N. Q. Çernışevski. Nə etməli? : Yeni adamlar haqqında söhbətlər : roman. - Bakı: Gənclik, 1974. - 536 səh.
Rəşidov Ş. Qaliblər. - Bakı: Azərnəşr, 1976. - 378 səh.

Tərtib edən: Məcidova N.

Китабхана щаггында