Kitabxana hər gün şənbə günlərindən başqa saat 9.00-dan 17.30-a qədər işləyir.
Ünvanımız: Bakı, S.Vurğun küçəsi 88.
childlibbaku@yahoo.com

Kitabxanadan istifadə etmək istəyən hər bir vətəndaş şəxsiyyət vəsiqəsi(valideynin) və doğum haqqında şəhadətnamə təqdim etməlidir.

Kitabxanadan istifadə qaydaları

Uşaq hüquqları konvensiyasına əsasən Respublika Uşaq Kitabxanasından bütün uşaqlar, valideynlər, metodistlər, uşaq mütailəsi ilə məşğul olan bütün şəxslər istifadə edə bilər.

Kitabxanaya uşaqların yazılışı valideynlərinin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi ilə həyata keçir. Kitabxanaçı ilk dəfə kitabxanaya yazılan oxucunu kitabxana qaydaları ilə məlumatlandırır.

Abonoment şöbəsindən yalnız kitabxana ərazisinə yaxın yaşayan uşaqlara evə oxumaq üçün 10 gün müddətinə kitab verilir.10 gün müddətində oxunmuş kitablar yenidən kitabxanaya gətirilərək vaxtı uzadıla və ya yenisi ilə əvəz oluna bilər.10 gün müddətindən gec olaraq qaytarılan kitabları təqdim edən oxucu 1-ci dəfə xəbərdarlıq alır, sonra isə yeni nəşr olunmuş 2 kitabla cərimələnir.

Oxu zalından bütün oxucular istifadə edə bilər. İstədikləri hər bir materialın foto-surətini pullu xidmət ilə ala bilərlər.

Oxucular tərəfindən itirilmiş, yararsız hala salınmış kitablar dəyərinin 10 qatı müqabilində cərimə olunur. Həmin kitabın məqsədəuyğunluğu baxımından ( elmi, bədii və s.) cərimə kitabları alınıb kitabxanaya verilir.