15 Noyabr

Yazıçı Ramiz Cəfərovun 65 illiyi, (1960)

 Cəfərov Ramiz Qafar oğlu – nasir, 2003 - cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ramiz Cəfərov 1960-cı il noyabrın 15-də Azərbaycanda Qubadlı rayonunun Əliqulu Uşaqğı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Bakı Politexnik Texnikumunda təhsil almışdır (1977-1979). 1979-1981-ci illərdə Riqa hərbi müxbirlər məktəbini qiyabi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq  fakultəsində təhsilini davam etdirmişdir (1982-1987). Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Nəşriyyat və Poliqrafiya Mərkəzinin “Akademkitab” mağazasında şöbə müdiridir (1990-cı ildən). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda hekayələri və publisist məqalələri dərc olunmuşdur. 

Əsərləri: “İkiqat mühasirə, itkin düşənlər” (1997), “Ölsəm torpağınam” (1998), “Ləğv edilmiş tapşırıq” (2008) və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 718.

 

Aslanov Babək Sakit oğlu

Babək Aslanov 1994-cü il noyabrın 15-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2001-2012-ci illərdə A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb.Babək Aslanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Babək Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Aslanov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hüseynov Samir Əlizadə oğlu

Samir Hüseynov 15 noyabr 1994-ci ildə Lerik rayonunun Vov kəndində anadan olmuşdur.Orta təhsilini 2001-ci ildən şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət işləmişdir. 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıtmış və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Samir Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində Ermənistan Ordusunun xeyli zabitini məhv edərək qeyri-bərabər döyüşdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Samir Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.