26 sentyabr
Şair, publisist Avtandil Ağbabanın 70 illiyi, (1955)
Avtandil Ağbaba - şair, publisist, folklorşünas. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Avtandil Ağbaba 1955-ci il sentyabrın 26-da Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Təpəköy məktəbində orta təhsil almışdır. Azərbaycan Dövlət Universtetinin filologiya fakültəsinə daxil olmuşdur (1973). Ordu sıralarında xidmət etmişdir (1974-1976). Sonra ADU-nin filologiya fakültəsində təhsilini qiyabi davam etdirmişdir. Eyni zamanda doğma Balıqlı kəndində klub müdiri, sonra Oksüz kənd səkkizillik məktəbində müəllim, tədris hissə müdiri, yenidən Balıqlı kənd səkkizillik məktəbində müəllim işləmişdir (1976-1988). Məlum səbəblərə görə doğma yurdundan qaçqın düşmüşdür. Sumqayıtda 11 saylı otra məktəbdə müəllim (1989-1999), 25 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini (1999), "Ulu Göyçə" qəzetinin xüsusi müxbiri olmuşdur (1993). Sumqayıt Dövlət Universtetinin filologiya fakültəsində müəllim, baş müəllim (2000-2004), sonra kafedra müdiri işləmişdir (2005-ci ildən). 2005-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2006-cı ildən dosent vəzifəsini tutmuşdur. 2012-cü il noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar jurnalist adı verilmişdir. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri-"Anam", "Əmək" adlı Amasiya rayon qəzetində çıxmışdır (1972). Tələbəlik illərindən şeirləri almanaxlarda, qəzet və jurnallarda vaxtaşırı çap olunur. Onun ilk şeirlər toplusu "Ağbabaya gedən yollar" (1993) kitabında yurd həsrəti, qaçqınlığın ağrı-acısı, sıxıntısı, düşmənə nifrət ifadəsini tapmışdır.
Əsərləri: “Ağbabaya gedən yollar” (1993), “Ağbaba Şəhidləri” (1998), “Durnalar işığa uçur” (1999), “Oğuz yurdu Güllübulaq” (2002), “Mən torpaq oğluyam” (2003), “Folklorumuz və taleyimiz” (2007), “Aşıq Nəsibin sənət dünyası” (2008), “Mifologiya” (2008), “Durnam gedər olsan bizim ellərə” (2010) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 89.
Pərvin Hüseyn oğlu Babayev
Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Habil Qabil oğlu Əbdürrəhimli
Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbrürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbrürrəhimli noyabrın 8-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Habil Əbrürrəhimli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mədət Əzim oğlu Qənbərov
Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Mədət Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mədət Qənbərov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mədət Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mədət Qənbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mədət Qənbərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sənan Mətləb oğlu Seyfullayev
Sənan Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayev bu ilin yanvarın 10-da şəhid olaraq tapılıb. O, 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elməddin Məmməd oğlu Talıbov
Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Talıbov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Talıbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.