8 Sentyabr
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü, (1958)
Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Dünya mediası üçün əlamətdar sayılan bu gün 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.
Bu gün Azərbaycan dövləti siyasi mövqeyindən asılı olmayaraq, bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV-in) inkişafında maraqlıdır. Bunun üçün ölkədə KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. Bu qurumun layihələrində iştirak edən qəzetlərin maddi- texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib.
Beynəlxalq Savadlılıq Günü, (1966)
Beynəlxalq Savadlılıq Günü (İnternational Literasy Day) Beynəlxalq Millətlər Təşkilatı sistemində qeyd olunan bayramlardandır. O, 1965-ci ilin sentyabrında Tehranda keçirilmiş Təhsil nazirlərinin savadsızlığın ləğv edilməsi üzrə ümumdünya konfransının tövsiyələri ilə YUNESKO tərəfindən 1966-cı ildə təsis olunmuşdur. Sentyabrın 8-i bu konfransın təntənəli açılışı günüdür.
Bu günün əsas məqsədi YUNESKO-nun fəaliyyətinin əsas sahələrindən biri olan, ayrı-ayrı şəxslərin, icmaların, birliklərin hüquq və imkanlarının genişləndirilməsi aləti kimi savadlılığın yayılması sahəsində beynəlxalq birliyin səylərini fəallaşdırmaqdır.
Savadlılıq bəşəriyyət üçün həqiqətən bayramıdır. Çünki bu sahədə nəhəng uğurlar qazanılmış, Yer kürəsində savadlı insanların sayı 4 milyarda çatmışdır. Lakin bir çox ölkələrin bu sahədəki böyük uğurlarına baxmayaraq, dünyada 860 milyon yaşlı insan hələ də savadsızdır, 100 milyon uşaq isə məktəbə getmir. Saysız-hesabsız uşaq, gənc və böyük isə müasir dövrün tələblərinə cavab verən səviyyədə savada malik deyillər, bu da onları savadlı hesab etməyə imkan vermir.
Bu əlamətdar günün qeyd olunmasında hökumətlər, çoxtərəfli, ikitərəfli və qeyri-hökumət təşkilatları, özəl sektor, birliklər, cəmiyyətlər, həmçinin müəllimlər, bu sahənin mütəxəssisləri, tələbələr iştirak edirlər.
Qeyd etmək lazımdır ki, hər il Savadlılıq Günü müəyyən mövzuya həsr olunur. Belə ki, o, müxtəlif illərdə aşağıdakı devizlər altında keçirilmişdir: “Qadınlar üçün savadın əhəmiyyəti”, “Savadlılıq şəxsi imkanları genişləndirir”, “Savadlılıq və sağlamlıq”, “Savadlılıq sabit inkişafı təmin edir”, “Keçmişi oxuyaraq, gələcəyi yazırıq” və s.
Fərid İlqar oğlu Adıgözəlov
Fərid Adıgözəlov 8 sentyabr 1992-ci ildə Naftalan şəhərində anadan olmuşdur. 1999-2009-cu illərdə İmadəddin Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Fərid Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Adıgözəlov 18 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı hərəkətdə olan tankın aşması nəticəsində aldığı xəsarətdən şəhid olmuşdur. Doğulduğu Naftalan şəhərində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Adıgözəlov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Adıgözəlov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Məhəmməd Zöhrab oğlu Allahverənov
Məhəmməd Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 oktyabr tarixində Suqovuşan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmuraz Əyyub oğlu Hümbətzadə
Şahmuraz Hümbətzadə 1998-ci il sentyabrın 8-də Bərdə rayonunun Cəyirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şahmuraz Hümbətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmuraz Hümbətzadə oktyabrın 23-də Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlham Umud oğlu Hüseynov
İlham Umud oğlu Hüseynov 2000-ci il sentyabr 8-də Göyçay rayonunun Qarayazı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İlham Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İlham Hüseynov oktyabrın 10-da ağır döyüşlərdə şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən İlham Umud oğlu Hüseynov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ramin Qüdrət oğlu Hüseynov
Ramin Qüdrət oğlu Hüseynov 1993-cü ilin sentyabrın 8-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. 2001-ci ildə Ağsu rayonu Çaparlı kəndin 1-ci sinifə gedib. 2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 284 saylı tam orta məktəbin 2-ci sinifinə daxil olub.2011-ci ildə orta təhsilini başa vurmuşdur. 2020-ci ilin oktyabrın 8-də Vətən müharibəsində düşmənə müqavimət göstərərkən, düşmən tərəfindən atılan minamyot qəlpəsindən qəlpə yaraları almış və 27 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə " medalı ilə təltif edildi.
Xuduş Həsən oğlu Kazımov
Xuduş Həsən oğlu Kazımov 1988-ci il sentyabrın 8-də Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Eynulla Niyətulla oğlu Lətifov
Lətifov Eynulla Niyətulla oğlu 2001-ci il sentyabrın 8-də Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il Sərəncamına əsasən Lətifov Eynulla Niyətulla oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ceyhun Ehtiqad oğlu Nəhmətov
Nəhmətov Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2020-ci il sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak etmişdir. Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayaraq döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv eləmişdir. 2020-ci il noyabrın 8-də Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Ceyhun Ehtiqad oğlu Nəhmətov ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" Ordeni ilə birlikdə "Vətən uğrunda" və "Zəngilanın alınmasına görə" medalları ilə təltif olunmuşdur.
Şamo Heydər oğlu Rəhimov
Şamo Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun kçiki çavuşu olan Şamo Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Rəhimov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağaəli Vaqif oğlu Yusifov
Ağaəli Yusifov 1997-ci il sentyabrın 8-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ağaəli Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağaəli Yusifov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Mərdəkan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəli Yusifov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.