30 Avqust
Beynəlxalq itkin düşmüşlər günü
Avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Bu təqvim 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.
Bu günün qeyd edilməsi hüquqları pozulmuş itkinlərin taleyi haqqında ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır. Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir.…
Beynəlxalq İtkin Düşmüşlər Günü dünyada minlərlə itkin düşmüş, hərb meydanında həlak olmuş naməlum şəxslər, tutulub gizli yerlərdə saxlanılan və yaxud gizli edam edilmiş insanların xatirəsinə həsr olunmuşdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələr zamanı itkin düşmüş şəxsləri axtarıb tapmaq işinə görə şöhrət qazanmışdır. Lakin, hətta bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını göstərməyə acizdir. Amma bu cür insanların sayı yüz minlərlə, bəlkə də milyonlarladır. İtkin düşmüş şəxslərin ailələri dərd və üzüntü içərisində öz yaxınlarının taleyi barədə cavab almaq istəyirlər.
1992-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsi itkin ailələrini öz yaxınlarının taleyini öyrənmək yönümündə dəstəkləyir. Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslərə dair məlumatın bütün ölkədə toplanması və mərkəzləşdirilməsi səylərini davam etdirir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun məlumatına görə, 2010-cu il iyunun 1-nə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4090 nəfər təşkil edir. Onlardan 3297-si hərbçi, 787-si isə mülki şəxsdir. Altı nəfərin hərbçi və ya mülki vətəndaş olduğu məlum deyildir. Mülki şəxslərdən 48-i itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq, 252-si qadın, 353-ü yaşlı şəxsdir.
İndiyədək əsir və girovluqdan 1397 nəfər azad edilmişdir. Onlardan 343-ü qadın, 1054-ü kişidir. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104-ü qadın, 448-i kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Nihad Akif oğlu Babayev
Nihad Akif oğlu Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək, Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Qəhrəmanımız oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.
Şəhid Nihad Babayev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Namiq Nurəddin oğlu Bağırov
Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Bağırov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Natiq Sahib oğlu Məmmədov
Natiq Məmmədov 30 avqust 1997-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Aşağı Cürəli kənd tam orta məktəbində 2004-2015-ci illərdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Sentyabr ayının 27-də Vətən müharibəsi başlananda Natiqin olduğu hərbi dəstə ön xətdə idi. Natiq Məmmədov qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nətiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Kamal Əjdər oğlu Mirzəliyev
Mirzəliyev Kamal Əjdər oğlu 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib. O, Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda torpağa tapşırılmışdır.
Kamal Əjdər oğlu Mirzəliyev müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Təhmasib Sərməst oğlu Mustafayev
Təhmasib Sərməst oğlu Mustafayev 1989-cu il avqustun 30-da Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Təhmasib Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təhmasib Mustafayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Təhmasib Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Təhmasib Mustafayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Təhmasib Mustafayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Roman Sərkər oğlu Pənahov
Roman Pənahov 30 avqust 1995-ci ildə Ağsu rayonunun Yenilik kəndində dünyaya göz açmışdır. Milliyyətcə ləzgi idi. İlk təhsilini 2001-ci ildə C.Xıdırov adına Ağsu rayonu Yenilik kənd tam orta məktəbində alan Roman 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində əsgər Roman Pənahov da iştirak etmiş, Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirmişdir. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən əsgər Roman Pənahov 4 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə Ağsu rayonu Yenilik kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qismət Qərib oğlu Qardaşxanov
Qardaşxanov Qismət Qərib oğlu 30 avqust 2020-ci ildə Füzuli rayonu Mahmudlu kəndində dünyaya gəlib. O, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qismət Qardaşxanov 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov öllümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qardaşxanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Müşviq oğlu Səmədov
Hüseyn Səmədov 1997-ci il avqust ayının 30-da Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 8-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseyn Müşviq oğlu Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elnur Mirsiyab oğlu Vəliyev
Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Vəliyev 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan şəhid olmuşdur. Bir müddət neytral zonada qalan nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Elnur Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.