25 Avqust
Aktrisa Vəfa Fətullayevanın 80 illiyi, (1945- 1987)
Vəfa Nüsrət qızı Fətullayeva - Məşhur Azərbaycan sovet aktrisası, Azərbaycan SSR-ın əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib... Keçib teatrşünaslığa. Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq Artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.
Rolları: Gülgəz ("Mahnı dağlarda qaldı", İ.Əfəndiyev), Şirin ("Məhəbbət əfsanəsi", N.Hikmət), Tənzilə ("Sən yanmasan", N.Xəzri), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov), Beatrice ("Heç nədən hay-küy", U.Şekspir), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Zeynəb ("Sizi deyib gəlmişəm", Anar) və s.
Çəkildiyi televiziya tamaşaları: "Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və s.
Filmoqrafiya:Alov, Atayevlər ailəsi (film), Bizim qəribə taleyimiz (film, 2005), Firəngiz (film, 1975), Göz həkimi (film, 1985)
Xalq şairi Fikrət Qocanın 90 illiyi, (1935)
Qocayev Fikrət Göyüş oğlu 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemaları Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.). Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür.
Kitabları: “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Стихи” (1966) (Moskva), “Dənizdə ay çiməndə” (1967), “Od gəlini” (1969) (latış dilində; Riqa), “Цветы зимой” (1969) (Moskva), “Yatmadığım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980), “Ночная вахта” (1982) (Moskva), “Небо смотрит в море” (1982) (Moskva), “Ömürdən səhifələr” (1984), “Mavi dünyanın adamları” (1988), “Taleyin ağır taleyi” (1990), “Seçilmiş əsərləri” (1988), “Eldən elə – dildən dilə” (1988), Sükutun səsi (1991) (Tehran)
Şeirlərinə yazılmış mahnılar: Bir xumar baxışla - musiqi: Ramiz Mirişli, Arazım - musiqi: Ramiz Mirişli, Günəşi gözləyirik - musiqi: Ramiz Mirişli, İncitmə məni - musiqi: Adil Bəbirov, Mən anayam - musiqi: Adil Bəbirov, Yaşar Səfərov - Yollar - musiqi: Adil Bəbirov, Payız gəldi - musiqi: Emin Sabitoğlu, Qaytar eşqimi - musiqi: Oqtay Kazımi, Ey xəyal - musiqi: Oqtay Kazımi, Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
Filmoqrafiya:Uşaqlığın son gecəsi (film, 1968), Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 324.
Şair Ağasən Bədəlzadənin anadan olmasının 85 illiyi, (1940)
Bədəlov Ağasən Mehdi oğlu 1940-cı il avqustun 25-də Azərbaycanın İsmayıllı rayonundakı Pirəbilqasım kəndində kolxozçu ailəsində anadan olmuşdur. "Od təmizliyi", "Həyat eşqi", "Bu dünya qaranlıq olmur" və bir çox bu qəbildən şeirləri ilə şair əmindir ki, yalnız işıq, Günəş, mübarizə çırağı insanı səfərbər edər, ona düzgün yol göstərər. "İşıq-qaranlıq" şeirində biz şair yetkinliyinin daha bir məqamı ilə, poetik fəlsəfi qənaətləri ilə tanış oluruq. Şair qəti inanır ki, həyat və dünya təkcə bir həyatın, ömürün doğulmasından və qeyb olmasından ibarət deyil. "Sirrini heç kimə verməyən, bir yandan boşalan, bir yandan dolan dünyanın" öz möcüzləri və yeniləşməsi ilə maraqlıdır. A.Bədəlzadənin şeirləri ədəbi tənqiddə maraq doğurmuş, xalq şairi Bəxtiyar Vahabzadə onun şeirləri haqqında "Yanmaq ona deyərəm ki" adlı məqalə yazmış, B.Məmmədzadə, Ş.Zaman və b. qələm sahibləri onun poetik axtarışlarını təqdir etmişlər. A.Bədəlzadənin "Qocalıq", "Qarışıq", "İnsan dinc olar", "Görmürəm", "Vicdan ağrısı", "Gecə açılan güllər", "Yavaş-yavaş öyrəşirik" kimi şeirlərində müasirlərimizin həyatı üçün örnək olası fərdi-psixoloji məqamlar, vətəndaşlıq və övladlıq duyğuları, insanı düşündürən əxlaqi hisslər tərənnüm olunur. "Vətən, ay vətən" şeirində də dərd mövzusu ürək mövzusu ilə eyniləşdirilir, maraqlı bir rəmz, dərdin, vətənin və ürəyin birliyindən yeni bir obraz alınır. A.Bədəlzadənin lirik şeirləri ilə yanaşı, satirik şeirləri Sabiranə tərzdə yazdığı nümunələr də vardır. "Qəribə dünya", "Həqiqət", "Yavaş-yavaş öyrəşirik", "Həyat eşqi" və s. şeirlərdə biz bunun əyani təzahürünü görürük. A.Bədəlzadənin poeziyası işıqlı poeziyadır. O, işıqlı fikirlərini oxuculara aşılayır, onlarda dərin və təsirli təəssürat yaradır, onların hisslərini və duyğularını oyandırır, müəllifin fikir və düşüncələrini oxucusuna şeirsevərlərə doğmalaşdırır. Aforistik mətləblərin təsdiqi də onun şeirinin özəlliyidir. A.Bədəlzadə rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindəndir. Hazırda o, dünya və Azərbaycan ədəbiyyatını tələbələrinə sevdirir. Onun qələmə aldığı yazı və məqalələr, dərslik və kitablar da diqqətəlayiqdir. Elmi və elmi-pedaqoji axtarışları ona dünya ədəbiyyatı prosesini düzgün anlamağa, elə bu kontekstdə maraqlı fikir və mülahizələr irəli sürmək imkanı verir. Sənətkar şeir və yazılarında güclü qaynaqlardan, böyük şəxsiyyətlərdən qüvvət alır. Xalqımızın belə qiymətli şəxsiyyətləri, yaradıcı, sənətkar və alim simaları çox olmuşdur. Ağasən dünya mütəfəkkirlərini də öyrənən, bilən işıqlı ziyalılarımızdan biridir.
Əsərləri: “Yanmaq ona deyərəm ki...,” (1978), “Payızda məhəbbət” (1987),
“Hayıf, a dünya səndən” (1999), “Zamanın üzü, yazıçının sözü” (2006),”Qələmin ucu, qılıncın gücü” (2008) və s.Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 43.
Şükür Bayram oğlu Hacıyev
Şükür Hacıyev 1999-cu il avqustun 25-də Babək şəhərində anadan olub. 2005-2013-cü illərdə Babək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükür Hacıyev oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Babək şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şükür Hacıyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəvan Rövşən oğlu Həsənov
Həsənov Rəvan Rövşən oğlu 2001-ci il avqustun 25-də Ağdaş rayonunun İkinci Aral kəndində anadan olub. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. Rəvan Həsənov İkinci Qarabağ müharibəsi başlayanda Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində fərqlənmişdir. Oktyabrın 22-də Füzuli istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Rəvan Rövşən oğlu Həsənov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.
Təbriz Rəşid oğlu Həsənov
Təbriz Rəşid oğlu Həsənov 25 avqust 1994-cü ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olub. 2001-ci ildə Bərdə rayonu Ə.Dadaşov adına Xanağalı kənd tam orta məktəbinə daxil olub, 2012-ci ildə isə həmin məktəbin məzunu olub. Tank tağımının tuşlayıcı-operator vəzifəsini icra edən Təbriz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib. 2 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Təbriz Rəşid oğlu Həsənov ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Səməndər Vahid oğlu İsmayılzadə
Səməndar İsmayılzadə 1990-cı il avqustun 25-də Yevlax şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahim Həzrətqulu oğlu Lələyev
İbrahim Lələyev 1996-cı il avqustun 25-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hışgədərə kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" "Cəbrayıl uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Binət oğlu Məhərrəmov
Məhərrəmov Orxan Binət oğlu 25.08.1994-cü ildə Sumqayıt şəhərində dünyaya gəlmişdir. Əslən Marneulinin Qaçağan kəndindən idi. Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. Orxan Məhərrəmov Füzuli, Suqovuşan, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur. 08.10.2020-ci il tarixində Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölümündən sonra Məhərrəmov Orxan Binət oğlunu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.
Əhməd Nazim oğlu Məmmədov
Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin I sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin IX sinfini bitirib. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin X sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbin XI sinfini bitirib. Kəşfiyyatçı Əhməd Məmmədov 2020-ci il noyabrın 8-də Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid Vətən oğlu 11 noyabr 2020-ci il tarixində doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilib. Ailəli idi.
Kiçik çavuş olan Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Hüseyn Aydın oğlu Quliyev
Quliyev Hüseyn Aydın oğlu 1991-ci il avqustun 25-də Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Hüseyn Quliyev oktyabrın 8-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Hüseyn Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Emil Vaqif oğlu Qurbanov
Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olmuşdur. 1986-1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il 27 sentyabrda başlamış Vətən müharibəsidə tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olmuşdur. 6 noyabrda Lənkəranda dəfn olunmuşdur. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emil Qurbanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Həsən İsmayıl oğlu Süleymanov
İkinci Qarabağ müharibəsi şəhidi Süleymanov Həsən İsmayıl oğlu 25 Avqust 1991-ci ildə Ağcabədi şəhərində anadan olub. Həsən Süleymanov Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 26-da Ağcabədi şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Həsən İsmayıl oğlu Süleymanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.