5 Avqust
Beynəlxalq İşıqfor Günü, (1914)
Beynəlxalq İşıqfor Günü 1914-cü il avqustun 5-də baş vermiş bir hadisə ilə əlaqədar qeyd olunur. Belə ki, həmin gün ABŞ-in Klivlend şəhərində müasir işıqfor qurğularının ilk əcdadı meydana gəlmişdir. O, qırmızı və yaşıl fənərlərə malik idi və işıqlar dəyişən zaman səs siqnalı işə düşürdü. Əslində, ilk işıqforu hələ XIX əsrdə britaniyalı Cey Nayt icad etmişdir. Bu qurğu 1868-ci ildə Londonda parlament binası qarşısında quraşdırılmışdır. Üç ildən sonra onun fənəri partlamış və polis işçisini yaralamışdır. Bu hadisədən sonra işıqfor, demək olar ki, 50 il unudulmuşdur. 1910-cu ildə ilk ikirəngli fənərə malik avtomat işıqfor qurğusu hazırlanmış və patentləşdirilmişdir. Müasir işqforlara bənzər üçrəngli qurğuları ilk dəfə 1920-ci ildə Detroyt və Nyu-York sakinləri görmüşlər.
Zaman keçdikcə işıqforlar Amerikanın və Avropanın bir çox şəhərlərində populyarlıq qazanmışdır. İşıqfor – mexaniki nəqliyyat vasitələrinin, həmçinin piyada keçidlərindəki insanların və yol hərəkətinin digər iştirakçılarının hərəkətini tənzimləmək üçün nəzərdə tutulan optik siqnalizasiya qurğusudur. İşıqfor, həmçinin dəmir yollarında və gəmiçilikdə də istifadə olunur. 2010-cu ildə Rusiyanın Perm şəhərində işıqfora abidə qoyulmuşdur.
Hərbi Donanma Günü, (1996)
Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunub. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. alıb. Azərbaycan Hökuməti rus donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edib. "Astrabad", "Qars" və "Ərdəhan" hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılıb. Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qalıb. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olunub. SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.
Xalq artisti Məmmədtağı Bağırovun 135 illiyi (1890 - 1961)
Məmmədtağı Abbas oğlu Bağırov(1890- 1961) — Müğənni (bariton), məşhur opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti
Məmmədtağı Bağırov 1890-cı ildə Bakı şəhərində, fəhlə ailəsində anadan olub. S.Ruhullanın təkidi ilə H.Ərəblinski teatr truppasına daxil olub, H.Sarabski, Ə.Ağdamski, H.Terequlov H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib. Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb. Ü.Hacıbəyovun “Əsli və Kərəm”ində Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin, habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda M.Bağırovun zəhməti az olmayıb. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə, onun yaddaqalan obrazları hədsiz dərəcədə çox olub. Bunlara misal olaraq “Şah İsmayıl”da Aslan şahı, “Koroğlu”da Həsən xanı, “Aşıq Qərib”də Şahvələdi misal çəkmək olar. Ömrünün son illərində isə sənətkar “Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı. Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını M.Bağırov səsləndirib. Filmotekanın “Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir, ancaq adı çəkilmir. Azərbaycanın ən istedadlı musiqili teatr xadimlərindən sayılan Məmmədtağı Bağırov bir sıra milli və xarici bəstəkarların əsərlərində aparıcı rollar oynamış və bənzəri olmayan obrazlar yaratmışdır.
Rəvan Asif oğlu Bünyadlı
Rəvan Bünyadlı 5 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəvan Bünyadlı sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı Mübariz İbrahimovun şəhid olduğu post istiqamətində şəhid olmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəmal Şahin oğlu Gülüşov
Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuşdur. Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəmal Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəmal Gülüşov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəmal Gülüşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil Vaqif oğlu İsgəndərov
Emil İsgəndərov 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Siyavuş Akif oğlu Muradov
Siyavuş Muradov 1991-ci il avqustun 5-də Beyləqan şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəbbət Vaqif oğlu Paşayev
Məhəbbət Paşayev 5 avqust 1999-cu ildə Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə getmişdir. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçmüş və Məhəbbət Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2016-cı ildə məktəb-liseyi bitirmişdir. Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. Məhəbbət Paşayev Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş, sentyabr ayının 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təbriz İlqar oğlu Quliyev
Təbriz Quliyev 1994-cü il avqustun 5-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2001–2012-ci illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Təbriz Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Quliyev oktyabrın 27-də Zəngilan döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Zəfər Şəmsəddin oğlu Surxayzadə
Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007-2018-ci illərdə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. 9 oktyabr 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Zəfər Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır. Subay idi.
Zəfər Şəmsəddin oğlu Surxayzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.