31 iyul
Elvin Famil oğlu Əliyev
Elvin Əliyev 2000-ci il iyulun 31-də Şəmkir rayonunun Sərxan kəndində anadan olub. 2007-2018-ci illərdə Q. Mirzəməmmədov adına Sərxan kənd tam orta məktəbində təhsil alıb. Elvin Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əliyev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Sərxan kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amin Mayis oğlu Gülməmmədov
Amin Mayis oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qəbul olur. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına baş leytenant kimi qoşulan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunması üçün qəhrəmalıqla döyüşüb. 2020-ci il noyabrın 2-də Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 28 dekabr 2020-ci ildə Saltaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə baş leytenant Amin Mayis oğlu Gülməmmədov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Sərdar Sərvər oğlu İsmayılov
Sərdar İsmayılov 1995-ci il iyulun 31-də Suraxanı rayonunda anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərdar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sərdar İsmayılov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərdar İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Rizvan oğlu Məmmədli
Nicat Məmmədli 1999-cu il iyulun 31-də Culfa şəhərində anadan olub. 2005-2013-cü illərdə Culfa şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Nicat Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Məmmədli oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Culfa şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərviz Zahid oğlu Məmmədzadə
Pərviz Məmmədzadə 31 iyul 2001-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində dünyaya göz açmışdır. 2007-2015-ci illərdə Qaraçuq kəndində yerləşən Vilayət Mahmudov adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Pərviz Məmmədzadə 2020-ci il noyabrın 6-da Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. 2020-ci il noyabrın 19-da Qaraçuq kənd məzarlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Pərviz Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Pərviz Məmmədzadə ölümündən sonra ”Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Elçin Maqsud oğlu Mirzəyev
Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 1991-ci ildə orta məktəbə gedib, 2002-ci ildə məktəbi bitirib. Elçin Mirzəyev İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb və oktyabrın 10-u, təxminən 12-nin yarısı radələrində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, şəhidliyinə qovuşub. Nəşi 3 gün sonra Yevlax şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Elçin Maqsud oğlu Mirzəyev ölümündən sonra 3 medalla- “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Əvdil Qardaşxan oğlu Quliyev
Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinifinə gedib. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əvdil Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.