25 iyul

Yazıçı Vasif Nəsiboğlunun 90 illiyi, (1935-1997)

Əfəndiyev Vasif Nəsib oğlu nasir, ədəbiyyatşünas, 1964 – cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), böyük elmi işçi (1979). 

Əfəndiyev Vasif Nəsib oğlu 1935-ci il iyulun 25-də Ermənistanın Krasnoselo rayonu Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 17 saylı orta məktəbi bitirdikdən sonra 18 saylı orta  məktəbin kitabxanasında müdir işləmişdir. ADU-nun filologiya fakultəsində təhsil almışdır (1954-1959). “Yarımçıq qalmış roman” adlı ilk hekayəsi 1955-ci ildə “Gəncliyin səsi” almanaxında çapdan çıxmışdır. Bundan sonra hekayələri və elmi məqalələri vaxtaşırı çap olunmuşdur. Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun türk ədəbiyyatı şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir. Vasif Nəsiboğlu 1995-ci il oktyabrın 16-da Bakıda vəfat etmişdir. 

Əsərləri: “Etiraf” (1964), “Qismət” (1965), “Müasirlik və realizm mövqeyindən” (1972), “Barıt qoxulu bənövşə” (1984) və s. 

Tərcümələri: (türkcədən, ruscadan): “Orxan Xəncərlioğlu (1989), “Abdullabəy Divanbəyoğlu” (1966)

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 908.

 

Şair Məstan Günərin 90 illiyi,  (1935)

Əliyev Məstan Rəsul oğlu 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şeirləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şeirləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir. Məstan Günər daha çox uşaqlar üçün yazmışdır. “Çalğıçı quşlar” şeirlər kitabı uşaq poeziyamızın sənətkarlıq axtarışlarının yeni səhifəsidir. Maraqlı uşaq şeirləri olan  Məstan Günərin  “Tək yeməzlər badamı”, “Ördək necə fil oldu?”, “Nənəsinin iydə qızı”, “Murad pərt olur”, “Qorxaq İmran, qoçaq İmran”, “Yalançı pəhləvan” kimi şeirləri körpə balalarımız tərəfindən  sevə - sevə oxunur. “Günəbaxan nənə”, Ağacda leylək”, “Lovğa Murtaz”,”Çoxbilmiş keçi”, “Sel”, “Dəcəl dələ, qorxaq dovşan və qorxmaz küçük”, “Ürəyin nağılı” kimi poema və mənzum nağıllarında uşaqların yaş xüsusiyyətləri, maraq dairəsi nəzərə alınmış, onların zövqünü oxşaya biləcək maraq doğuran əhvalatların bədii təsviri əsas götürülmüşdür. Bir şair kimi onu fərqləndirən cəhətlər təbiilik, aydınlıq, xalqın poetik ruhuna sədaqət, dil və bədii üslub gözəlliyidir. Milli uşaq ədəbiyyatımızın inkişafında əvəzsiz xidmətləri vardır.  Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olmuşdur. Sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləmişdir. Bir müddət Azərinformun müxbiri olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Məstan Günər 2010-cu ildə dünyasını dəyişmişdir.

Əsərləri: “Qartal” (1960), “İlk görüş” (1969), “Çəmən qızı” (1970), “Nərgizim” (1971), “Addımlar, addımlar” (1973), “Nəğməli qovaq”(1974), Obalardan əsən yellər” (1977), “Çalğıçı quşlar” ( 1978), “Bir könüldən min könülə” (1981), “Günərli şerlər” (1981), “Mən bir durna qatarında” (1983), “Gülə bəndəm” (1987), “Günaylı şerlər” (1988), “Qoşmalar” (2000), “Seçilmiş əsərlər” (2003).

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh

 

Azərbaycanın Milli Qəhrəmanı İsgəndərov Əlabbas Qara oğlu

İsgəndərov Əlabbas Qara oğlu 25 iyul 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu. 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirədən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o, qəhrəmancasına həlak oldu. Evli idi, üç övladı yadigar qalıb. Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

 

 

Nihad Mövlud oğlu Abbasov

Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ramiz İmamverdi oğlu Ağayev 

Ramiz Ağayev 1993-cü il iyulun 25-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramiz Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiz Ağayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vüsal Novruz oğlu Allahverdiyev

Vüsal Novruz oğlu Allahverdiyev 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.18 yaşında şəhid olan əsgər Allahverdiyev Vətən Müharibəsinin ən gənc şəhidi oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Orxan Bəhmən oğlu Hüseynov

Orxan Hüseynov 25 iyul 1991-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Hüseynov 27 sentyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elnur Eldar oğlu Quliyev

Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. 1991-2001-ci illərdə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun mayoru olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəxsən savaşıb. Elnur Quliyev Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün Tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev və Tabor Komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı şəhid olub. Elnur Quliyev Füzuli rayonunda dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Orxan Bəxtiyar oğlu Quliyev

Orxan Quliyev 25 iyul 1997-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə orta təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Orxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Quliyev 14 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Qamət Şəmşir oğlu Qurbanov

Qamət Qurbanov 2001-ci il iyulun 25-də Ağsu rayonunun Keşdiməz kəndində anadan olub. 2008-2019-cu illərdə Keşdiməz kənd tam orta məktəbində təhsil alıb. Qamət Qurbanov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qamət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Qamət Qurbanov sentyabrın 29-da Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağsu rayonunun Keşdiməz kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qamət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Ayxan Fariz oğlu Qurbanzadə

Ayxan Qurbanzadə 25 iyul 1998-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuşdur. Ayxan 2004-2015-ci illərdə orta təhsil almışdır. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ayxan Qurbanzadə səfərbər olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ayxan Qurbanzadə 25 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lənkəran rayonunda dəfn olunmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elnur Məmmədkərim oğlu Rəhimov

Elnur Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2006-2017-ci illərdə F. Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbinə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Rəhimov noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 01.12.2020-ci il tarixində Qəbələ rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Yalçın Elçin oğlu Rəhimov

Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.