5 iyul

Fuad Nazim oğlu Əlizadə 

Fuad Əlizadə 1994-cü il iyulun 5-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə almışdır. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidə ali təhsil alıb.

Fuad Əlizadə 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayında Murovdağ zirvəsində 4 il müddətində sinəsini sipər etmişdir. 2018-ci ildə baş leytenat rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin fevral ayından 777 saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fuad Əlizadə noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Qədir Zülfəli oğlu Məmişov 

Qədir Məmişov 5 iyul 1989-cu ildə Saatlı rayonunun Mircəlal kəndində Zülfəli Məmişovun ailəsində anadan olmuşdur. 1995–2006-cı illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. İkinci övladı dəfnindən 11 gün sonra dünyaya gəlmişdir.

Qədir Məmişov 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2009-cu ildə hərbi xidmətdən tərxis olmuşdur.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Qədir Məmişov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Qədir Məmişov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qədir Məmişov 2 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün Saatlı rayonunun Mircəlal kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qədir Məmişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Yasən Alim oğlu Mehdiyev 

Yasən Mehdiyev 5 iyul 2001-ci ildə Tərtərdə anadan olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yasən Mehdiyev Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Tərtərdə dəfn edilmişdir..

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əmrah Natiq oğlu Rüstəmli 

Şəhid Əmrah Rüstəmov 2001-ci ilin iyulun 5-də dünyaya gəlib. O, orta məktəbi bitirdikdən sonra 2019-cu il iyulun 22-də hərbi xidmətə yollanıb.

2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda silaha sarılan Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Füzulinin Alıxanlı kəndində döyüş əməliyyatını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əmrah Rüstəmli ölümündən sonra "Cəsur döyüşçü" medalı,  "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı,  "İgidliyə görə" medalı ilə təltif olunub.

 

 

Ülvü Tahir oğlu Məhərrəmov 

Ülvü Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun leytenantı olan Ülvü Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məhərrəmov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ülvi Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, III dərəcə "Rəşadət" ordeni  ilə təltif olunub.

 

 

Rəşad Əfras oğlu Quliyev 

Rəşad Quliyev 1988-cu il iyulun 5-də Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 1994-2005-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam ortam məktəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun kapitanı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Quliyev oktyabrın 4-də Talış döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.