4 iyul
Beynəlxalq Əsir Delfinlər Günü, (1960)
Bu günün təsis olunması delfinlərin və digər dəniz məməlilərinin hərbi məqsədlərlə istifadə olunması və onların qapalı yerlərdə saxlanmasına qarşı mübarizə aparanlar tərəfindən irəli sürülmüşdür. Qeyd edək ki, dəniz heyvanlarından hərbi məqsədlərlə istifadə olunması ideyası hələ ötən əsrin əvvəllərində meydana gəlmişdir.
Düşmən gəmilərinin partladılması, minaların aşkara çıxarılması, düşmən üzgüçü-kəşfiyyatçıların zərərsizləşdirilməsi üçün xüsusi delfin dəstələrinin yaradılması təklif olunurdu. Belə layihələr 1960-cı illərdən başlayaraq SSRİ-də və ABŞ-da reallaşdırılırdı. Döyüş delfinləri amerikalılar tərəfindən Vyetnam müharibəsində və İraqda xüsusi əməliyyatların gedişində istifadə olunmuşdur. SSRİ-də isə xüsusi təlim görmüş delfin dəstələri Qara dənizdə minaları axtarırdı. SSRİ-nin süqutundan sonra Rusiyada belə fəaliyyət qadağan olunmuşdur. ABŞ-da isə bu gün də bununla məşğul olan beş mərkəz fəaliyyət göstərir. Dəniz məməlilərinin okeanarium və delfinarilərdə saxlanmasının da mənfi tərəfi var. Delfinlər təbiətdə gün ərzində 100 km-dən çox məsafə qət edirlər və 200 m-dən çox dərinliyə enə bilirlər. Heç bir delfinari əsir delfinlərə belə imkan yarada bilmir. Delfinlərin hərəkət zamanı çıxardıqları səs hovuzda təhrif və dəfələrlə əks olunduğu üçün onlara çox böyük zərər vurur. Xlorlu su onların dərisini və görmə orqanlarını zədələyir. Nəticədə bu heyvanların qapalı yerlərdə saxlanması onların yaşama müddətini 5-6 dəfə azaldır. Buna görə də belə sual yaranır: insanın bu heyvanları əsir etməyə haqqı varmı? Beynəlxalq Əsir Delfinlər Günü bu heyvanların azad və özlərinin təbii mühitlərdə yaşamaq hüquqlarını təmin etmək məqsədilə ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə xidmət edir. Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı söndürməyi, voleybol oynamağı öyrənirlər. Delfinlər balıqları ultrasəslə axtarıb tapır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar. Delfinlərin beyni insanlara çox oxşardır. Ekoloqlar onların qorunmasında çox israrlıdırlar. Hal-hazırda dünyada delfinlərlə birgə olan üzmə proqramları çox məşhurdur.
Vüqar İlham oğlu Babayev
Babayev Vüqar İlham oğlu 2001-ci il iyulun 4-də Bakı şəhəri, Xətai rayonunda anadan olub. Azərbaycan Ordusunun çavuşu kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Vüqar Babayev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
İqbal Əhmədağa oğlu Bayramov
İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Əmrah Ürfət oğlu Əliyev
Əmrah Əliyev 1997-ci il iyulun 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Əmrah Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmrah Əliyev noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlyas Nəsirov
İlyas Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayonunun Milabad kəndində anadan olub. Əslən Cəbrayıl rayonu Süleymanlı kəndindəndir. İlyas Nəsirov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İlyas Nəsirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlyas Nəsirov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Nəsirov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Turan Qubatov
Tural Qubatov 4 iyul 1998-ci ildə Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. Şəhid Ehtiram Piriyev adına 1 saylı Böyük Bəhmənli kənd orta məktəbində orta təhsili bitirdikdən sonra 2016–2018-ci illərdə müddətli hərbi xidmətə başlayıb. Daha sonra Ordu sıralarında qalaraq Həmlə taborunda fəaliyyətinə davam edib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tural Qubatov Füzuli və Cəbrayıl döyüşlərində savaşıb. 28 sentyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb. Tural Qubatov Fizuli kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Qubatov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Turqut Xəlilbəyli
Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib.Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edild.