25 iyun
İlqar İbrahimov
İlqar İbrahimov 25 iyun 2002-ci ildə Astara rayonunun Taxtanəkəran kəndində anadan olub. 2008-2019-cu illərdə Elşən Baxşıyev adına Rinə tam orta məktəbində təhsil alıb. 2020-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan İlqar İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.İlqar İbrahimov oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən əsgər İbrahimov İlqar Elçin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Səbuhi İsgəndərli
Səbuhi İsgəndərli 25 iyun 2001-ci ildə Tərtər şəhərində anadan olmuşdur. Uşaq yaşlarında ailəsi ilə birgə Şəki şəhərinə köçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Səbuhi İsgəndərli 2019-cu ilin iyulundan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Çevik Hərəkat Dəstəsində müddətli həqiqi hərbi xidmət edirdi.Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Səbuhi İsgəndərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi İsgəndərli 26 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri gedişatında rayonun Vejnəli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində yerləşən "Dovşan düzü" qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Pərvin İsgəndərov
Pərvin İsgəndərov 1995-ci il iyunun 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası — Pərviz İsgəndərov da şəhiddir. 2002-2013-cü illərdə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.Pərvin İsgəndərov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.Azərbaycan Ordusunun çavuşu olan Pərvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin İsgəndərov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qarahəsənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Məmmədov
Elvin Məmmədov 2001-ci il iyunun 25-də Ağdaş şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elmar Məmmədov Ağdərə və Kəlbəcər döyüşlərində savaşıb. 15 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Ağdaşda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azər Musazadə
Azər Musazadə 25 iyun 1998-ci ildə Qəbələ rayonunun Şəfili kəndində anadan olmuşdur. 2004-cü ildə Qəbələ rayon Şəfili kənd tam orta məktəbinə daxil olmuşdur. 2009-2015-ci illərdə şəhid Elbrus Məmmədov adına Çarxana kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil almışdır.Azər Musazadə 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 29 sentyabr 2020-ci ildən könüllü olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Azər Musazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azər Musazadə 13 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunun Şəfili kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azər Musazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Qasımov
Nurlan Qasımov 1998-ci il iyunun 25-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2014–2015-ci illərdə R. Qasımov adına Marışlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2016-cı illərdə isə 2 saylı Peşə Liseyində təhsil alıb. Subay idi. Nurlan Qasımov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Qasımov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Marışlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurbanəli Quluzadə
Qurbanəli Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Ailənin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb.2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qurbanəli Quluzadə Füzuli, Cəbrayıl, Xocavənd döyüşlərində savaşıb. Qurbanəli 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Qurbanəli Quluzadə Binə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qurbanəli Quluzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Təhməzov
Cavid Təhməzov 1994-cü ilin iyun ayının 25-i Yevlax şəhərində anadan olub. O, kəşfiyyat bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə iştirak edib və şəhadətə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim Zahirov
Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur.[1] Orta təhsilini 2007-2018-ci illərdə 310 saylı orta məktəbdə almışdır. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olmuşdur. 2019-cu ildə həmin liseyi bitirmiş, həmin ilin 2 iyulunda hərbi xidmətə yollanmışdır. Goranboyda xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Nazim Zahirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nazim Zahirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.