23 iyun
Beynəlxalq Olimpiya Günü, (1948)
Bu gün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsis edilmişdir. 1947-ci ildə BOK-nin Stokholmda keçirilən 41-ci sessiyasında hər il Dünya Olimpiya Gününü keçirmək təklifi irəli sürülüb. İlk Olimpiya Günü 1948-ci il iyunun
23-də 9 ölkədə qeyd olunub. Olimpiya Gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib. Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə təşkil edilib. Elə həmin ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Bu gün ölkəmizdə idman sürətlə kütləviləşir. Hər il müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi, digər sahələrdə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırır.
Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının qədim olmaqla yanaşı, həm də keşməkeşli tarixi var. Qədim Yunanıstanda əsası qoyulan Olimpiya Oyunları, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Bu oyunların bərpası təşəbbüsü 1894-cü ildə fransız ictimai xadimi baron Pyer de Kuberten tərəfindən irəli sürülüb. Həmin konqresdə ilk Olimpiya Oyunlarının keçiriləcəyi yer də müəyyən olunub. Beləliklə, ilk Oimpiya Oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib. Üzərində 5 halqa olan Olimpiya bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və qırmızı. Rəngli halqaların bir-birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə edir. Dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul edib.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildə Milli Olimpiya Komitəsinə İlham Əliyevin sədr seçilməsi isə Azərbaycanda olimpiya hərəkatının güclənməsi üçün böyük təkan oldu.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü, (2006)
Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb, onun Əsasnaməsi təsdiq edilib. Komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır. İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 28 minə yaxın dövlət qulluqçusu çalışır. 10 min nəfərdən çox şəxs isə dövlət qulluqçusu kimi pensiya alır.
Xalq artisti, rejissor Gülcahan Güləhmədovanın – Martınovanın 100 iliyi, (1925-2018)
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (1925) — Azərbaycan teatr və televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, professor.
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatıdır. Tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı müsabiqələrin laureatları və diplomatları, Xalq və Əməkdar artistləri, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır. Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulmuşdur: Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov.
Filmoqrafiya: Sən həmişə mənimləsən (film, 1987)
Yazıçı Əkbər Əkbərovun 105 illiyi, (1920-1995)
Əkbərov Əkbər Həzrətqulu oğlu nasir, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Əməkdar müəllimi (1978), SSRİ Maarif əlaçısı (1985).
Əkbərov Əkbər Həzrətqulu oğlu 1920-ci il iyunun 23-də İliç rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Naxçıvan pedaqoji texnikumunu bitirdikdən sonra Şərur rayonundakı Qarabağlar kəndində müəllimlik etmişdir (1939-1940). Ədəbi fəaliyyətə 1957-ci ildə “Molodyoj Azerbaydjana” qəzetində çıxan “Za çertoy” adlı ilk hekayəsi ilə başlamışdır. Həmin il SSRİ Daxili İşlər Nazirliyi tərəfindən keçirilən Ümumittifaq Ədəbiyyat müsabiqəsində “Uspex” hekayəsinə görə üçüncü mükafata layiq görülmüşdür. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1960), “II dərəcəli Vətən müharibəsi” (1944), “I dərəcəli İkinci Dünya müharibəsi ordeni” (1985) və medallarla təltif olunmuşdur. Azərbaycan Təhsil Muzeyində pedaqoji iş təcrübəsini öyrənmək məqsədilə xüsusi guşə açılmışdır. Əkbər Əkbərov 1995-ci il yanvarın 25-də Bakıda vəfat etmişdir.
Əsərləri: “Doroqoy jizni” (1959), “Nezrimıy poyedinok” (1962), “Delo jizni” (1980), “Polad sınar, əyilməz” (1984), “Ürək parası” (1990) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S
Röyal Ələkbərov Fərmail oğlu
Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb.
2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin taqım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.
Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı, “Cəsur döyüşcü” medalı, 3 cü dərəcəli “Rəşadət” ordeni təltif olunub
Əfsun Mətləb oğlu Hüseynov
Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır.
Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur.
Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır. Düşmən qüvvələrini zərərsizləşdirən əsgərlərimiz şəhidin nəşini 14 gün sonra döyüş meydanından çıxara bilir. Şəhid Əfsun Hüseynov 5 noyabr tarixində Sabirabad rayonun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Fətəli oğlu Hüseynov
Fərid Hüseynov 1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Hüseynov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hikmət Zaur oglu İbrahimov
Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə doqquzuncu sinfini bitirmişdir.
Hikmət İbraimov 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Oktyabrın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə vəfat etmişdir.
Sadiq Sadəddin oğlu Məmmədov
Sadiq Məmmədov 1981-ci il iyunun 23-də Qax şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sadiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Məmmədov oktyabrın 24-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi İbrahim oğlu Səmədov
Səbuhi Səmədov 1985-ci il iyunun 23-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Sabuhi Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Səmədov oktyabrın 9-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Səmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Üzeyir oğlu Teymurzadə
Nahid Teymurzadə 23 iyun 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır.
2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.