10 İyun

Tənqidçi, ədəbiyyatşünas, Məmməd Arifin 120 illiyi, (1904-1975)

Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə  1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920-1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin “Şərq” fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, “Rus ədəbiyyatı” kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941-1950-ci illərdə burada “Rus ədəbiyyatı” kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930-1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941-1947-ci illərdə “Vətən uğrunda” (“İnqilab və mədəniyyət”, yəni indiki “Azərbaycan”) jurnalının baş redaktoru işləmişdir. Məmməd Arif 1944-cü ildə “Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə isə “Cəfər Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin ildə alim Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında isə direktor müavini vəzifəsində işləmişdir.1939-cu il sentyabr ayının     25-də Məmməd Arif Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş və 1950-ci il iyulun 27-dək həmin vəzifədə çalışmışdır. Məmməd Arif  1955-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə akademiki seçilmişdir. Görkəmli alim və bacarıqlı təşkilatçı olan M.A.Dadaşzadə 1959-cu ildə Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi təyin edilmiş, 1960-cı ildən ömrünün sonunadək isə Respublika Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Məmməd Arif 1957-ci ildən etibarən Akademiyanın Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri vəzifəsində çalışmış, uzun illər boyu Azərbaycan Respublikası Elmlər Akademiyasının “Xəbərləri”nin baş redaktoru, həmçinin Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri olmuşdur. O, eyni zamanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olmuş, “Tənqid” bölməsinə rəhbərlik etmişdir. 

Əsərləri: “C.Cabbarlının yaradıcılığında xalqlar dostluğu” (1942), “Böyük rus tənqidçisi Belinski” (1948), “Şair Məmməd Rahim” (1957), “Azərbaycan xalqının ədəbiyyatı” (1958), “Ədəbi-tənqidi məqalələr” (1958), “Səməd Vurğunun dramaturgiyası”  (1964), “Əsrin oğlu” (1979), “Sənətkar qocalmır” (1980)  və s.

 

Azərbaycanın Milli Qəhrəmanı Allahverdiyev Bəxtiyar Əzizulla oğlunun 50 illiyi, (10.06.1974)

Bəxtiyar Allahverdiyev  10 iyun  1974-cü ildə  Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə  Milli Orduya çağırılıb. "N" saylı hərbi hissədə xidmətə başlayıb. Bəxtiyar tez bir zamanda özünü doğrulda bilmişdir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar  1992-ci il cəbhəyə göndərilib.  Qubadlı rayonunda  əsl qəhrəmanlıq səhifələri yazmışdır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edib. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndəriblər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymayıb. Yenidən əməliyyatlara atılıb və öz döyüşçü gücünü göstərib. Müharibədə göstərdiyi əfsanəvi qəhrəmanlığı rəhbərliyin gözündən yayınmadı. 1995-ci il Müdafiə Nazirliyi onu Türkiyə Respublikasına göndərdi. Burada hərbi kurs alan Bəxtiyar 1996-cı il  Vətənə döndü. 1997-ci il gizir rütbəsi aldı və "N" saylı hərbi hissəyə taqım komandiri təyin edildi. 2000-ci ildə ordudan tərxis olundu. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alıb. Hazırda  İsmayıllı rayonunda  sahə müvəkkili vəzifəsində çalışır. Subaydır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Cəfərov Sübhan Mehman oğlu

Cəfərov Sübhan Mehman oğlu 1999-cu ildə iyunun 10-da Ağsu şəhərində anadan olub. 2006-cı ildə Soltan Umbayev adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2017-ci ildə orta məktəbi bitirmişdir. Subay idi.

2017-ci ildə iyulun 5-də həqiqi hərbi xidmətə gedib və xidmətini 2019-cu ildə başa vurmuşdur.

 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Sübhan Cəfərov Suqovuşan-Talış döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci il tarixində Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid olub. Ağsu Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Dadaşzadə Yalçın İsmayıl oğlu

 Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub.

 Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hüseynov Vusal Yəhya oğlu

 Vusal Hüseynov 10 iyun 2001-ci ildə Lənkəran rayonunun Velədi kəndində anadan olmuşdur. 2007–2016-cı illərdə Lənkəran şəhərinin 8 nömrəli orta məktəbində oxumuşdur. 2016–2018-ci illərdə Lənkəran Texniki Kollecini sürücü-mexanik ixtisası üzrə təhsil almışdır.

 Vusal Hüseynov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

 Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Vusal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vusal Hüseynov 8 noyabr 2020-ci ildə Zəngilan rayonunda yerləşən 811.0 yüksəkliyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və əks-hücumun dəf edilməsi zamanı həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Vusal Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

İbrahimov Ayaz Sultan oğlu

 Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub.  2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb.

 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.

 Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İsmayılzadə Məhəmməd Fizuli oğlu

 Məhəmməd İsmayılzadə 10 iyun 1996-cı il Şərur rayonunun Yengicə kəndində dünyaya göz açmışdır. İlk vaxtlarından Məhəmməd vətən sevgisi ilə böyümüşdür.Təbii ki bu normaldır çünki bu sevgi atasının 1992-1993-cü ildə 2 il Qarabağda göstərdiyi şücaətdən irəli gəlmişdir. Bu ən böyük xoşbəxtlikdir ki uşaq yaşlarından valideyninin "Vətən Müqəddəsdir" "Vətən Anadır" sevgisi ilə böyümüşdür. Hələ uşaq yaşlarından Məhəmməd vətən sevgisi ilə öz həmyaşıdlarından seçilirdi.

 Məhəmməd 2014-cü ildə 317-№ li məktəbi bitirdikdən sonra böyük həvəslə müqəddəs borcu olan ana vətəni qorumaq üçün hərbi xidmətə yollanır. Vətən keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb edir və onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirir. Göstərdiyi igidliklərə görə bir neçə fəxri fərmanla təltif olunur. Onun ən böyük arzusu xaricdə təhsil almaq idi. Nəhayət o, öz arzusuna çatır Türkiyənin Kütahya Dumlupınar Üniversitetinə qəbul olur.

 2-ci Qarabağ müharibəsi onun bu arzusunu üstələyir. Müharibə başladığı ilk gündən hərbi komissarlığa müraciət edərək könüllü olaraq ön sıralara yazdırır. 29 sentyabr könüllü olaraq müharibəyə yollanır. Bir neçə gün Füzulidə kəşfiyyatçı olaraq döyüşür. Daha sonra o öz arzusunu ön cəbhədə həmlə taboruna könüllü qoşularaq gerçəkləştirir. 

Məhəmməd İsmayılzadə 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.

 

 

Nuruzadə Qalib Habil oğlu

 Qalib Nurizadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gərgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur.

 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşa döyüşlərində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Tağıyev Elnur Aydın oğlu

 Elnur Tağıyev 1997-ci il iyunun 10-da Sabirabad rayonu Xəlfəli kəndində Tağıyevlər ailəsində dünyaya gəlib. Elnur 3 bacının bir qardaşı idi. İlk orta təhsilini Sabirabad rayonu Xəlfəli kənd tam orta məktəbində almışdır. Bu mərd,vətənpərvər oğul orta məktəbi bitirdikdən sonra Şamaxı rayonunda tikinti sahəsində çalışıb. İdmanla məşğul olan Elnur güləşçi olub, dəfələrlə idman yarışlarında iştirak edib, birincilik qazanıb, mükafatlara layiq görülüb.

 2015-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.Hərbi xidmətini Naxçıvan MR-da “N”saylı hərbi hissədə kəşfiyyatçı kimi  keçmişdir. Elnur kəşfiyyatçı kimi həqiqi hərbi xidmətini başa vurduğu üçün torpaqlarımızın azad olunduğu günü səbirsizliklə gözləyirdi. Səfərbərlik elan olunan kimi 29 sentyabr 2020-ci ildə döyüşə yollanır. Ağır döyüşlər zamanı Elnur 5 gün mühasirədə qaldıqdan sonra, özünü və əsgər yoldaşlarını mühasirədən çıxarır. Tağıyev Elnur Qubadlı istiqamətində düşmənə qarşı əks hücum əməliyyatları zamanı 26 oktyabr 2020-ci ildə şəhadətə yüksəlir.

 

 

Əlizadə Qurbani Ziyafəddin oğlu

 Qurbani Əlizadə 1992-ci il iyunun 10-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində Ziyafəddin və Gülnarə Əlizadələrin ailəsində anadan olub. 1999-2009-cu illərdə R. Əkbərov adına tam orta məktəbdə təhsil alıb.

 Azərbaycan Ordusunun çavuşu olan Qurbani Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qurbani Əlizadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.