8 iyun
Ümumdünya Okeanlar Günü, (1992)
Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin "Ətraf mühit və inkişaf" Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən qeyd olunur. Zoopark, akvariumlar və delfinariyalar əsasən bu gündə okean heyvanlarının qorunması, mühafizəsi ilə bağlı tədbirlər keçirməklə ictimaiyyətin diqqətini cəlb edirlər. BMT bu bayramı elan etməklə, okeanların planet üçün həyatı vacibliyini xüsusi qeyd edib. Yer kürəsinin 70%-i okeanlar təşkil edir. Bu bayram bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya dövlətlərində (Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada (Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerikası ölkələrində (Argentina, Ekvador, Kuba), Avsraliya və Afrikada (Əlcəzair, Qabon, Marokko, Mavritaniya, Keniya, Kamerun), həmçinin Şimali Amerika ölkələrində (Kanada, ABŞ, Meksika) qeyd edilir.
Elvin Nəsrəddin oğlu Əlimov
Elvin Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əlimov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İkram Ehtiram oğlu Məmmədov
İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuşdur. 2008-2017-ci illərdə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan İkram Məmmədovun nəşi 12 yanvar 2021-ci ildə tapılmış və doğulduğu Xaçmaz rayonunun Çiləgir kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkram Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Həsənbala oğlu Nağıyev
Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub. 2005-ci ildə 2 nömrəli tam orta məktəbə gedib. 2018-ci ildə iyunun 11-i hərbi xidmətə yollanıb. O, 2020-ci il yanvarın 10-u hərbi xidməti bitirib qayıtmışdır. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-da Ağdərə istiqamətində şəhid olub. Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elnur Novruz oğlu Qənbərov
Qənbərov Elnur 1990-cı il iyunun 8-də Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur. Ailədə 4 uşaq olublar. 1996-cı ildə orta məktəbə daxil olub. 2007-ci ildə orta məktəbi bitirib. Şəhid Elnur Qənbərov ailəsinin xəbəri olmadan müharibəyə getmək üçün könüllü ordu sıralarına yazılmışdı. 29 sentyabrda ailəsi onu yola saldı. İlk Ağcabədiyə gedib. 2 gün orada qalandan sonra Füzuliyə, oradan da Cəbrayıla gedib. Cəbrayıl azad olunandan sonra Qubadlıya gedib. Oktyabrın 24-ü axşam saat 6-7 radələrində açıq döyüşdə şəhid olub. Şəhid Elnur Qənbərovun döyüş yoldaşları ona "pekaşnik" ləqəbi vermişdilər.
Qənbərov Elnur ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.
Mayıl Mayis oğlu Qurbanov
Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində şəhid olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Fuad oğlu Salayev
Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub. O, 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Salayev Elşən Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuşdur. 18 noyabr tarixində Bakı şəhərində son mənzilə yola salınmışdır.
Salayev Elşən Fuad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.