6 iyun
Taleh Məhərrəm oğlu Abdullayev
Taleh Məhərrəm oğlu Abdullayev 1993-cü il iyunun 6-sı Gəncədə anadan olub. Gəncədəki 25 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sora ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də yenidən hərbi xidmətə çağrılıb. Taleh Abdullayev Tərtər rayonu Suqovuşan kəndi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 17 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə Şəhidlər Xiyabanıında dəfn olunub. Ailəli idi.
Taleh Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Qubadlının azad olunması uğrunda", "Hərbi xidmətə görə" medalları ilə təltif edilib.
Şirəli İlham oğlu Adilov
Şəhid Şirəli İlham oğlu Adilov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Aprel döyüşlərində könüllü iştirak edən qəhrəmanımız Vətən müharibəsinin də ilk günlərindən döyüşlərə qatılıb. Füzuli, Hadrut və Xocavənddə gedən döyüşlərdə düşmənlə mübarizə aparan Şirəli böyük qəhrəmanlıqlar göstərib. Şirəli Adilov oktyabrın 21-də qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Şirəli Adilov ölümündən olduqdan sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Səbuhi Ziyafət oğlu Əhmədov
Səbuhi Əhmədov 6 iyun 2002-ci ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Əhmədov 10 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 20 noyabr tarixində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Səbuhi Əhmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Ələsgər oğlu Əliyev
Əli Əliyev 6 iyun 1997-ci ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olmuşdur. 2003-2008-ci illərdə Füzuli rayon Aşağı Yağlıvənd kənd tam orta məktəbində, 2008-2012-ci illərdə Abşeron rayon Qobu qəsəbə orta məktəblərindən birində təhsil almışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində manqa komaniri olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Əliyev 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Qəşəm oğlu Həsənli
Elçin Qəşəm oğlu Həsənli 1998-ci il iyun ayının 6-da Göygöl rayonunun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Qırıxlı kənd Ramiz Əsgərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə məktəbi bitirmişdir. O, Kəlbəcər-Murovdağ silsiləsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanaraq itkin düşmüşdür. Ailəsi ilə son danışığı 26 sentyabrda olmuş, 70 gün ailəsi Elçindən bir məlumat ala bilməmişdir. Nəhayət, 5 dekabr 2020-ci il tarixində nəşi tapılır və 6 dekabr günorta saatlarında Göygöl rayonu Qırıqlı kənd Şəhidlər xiyabanında son mənzilə yola salınır.
Elçin Həsənli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.
Ağaəmi Elçin oğlu Heybətov
Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Ordusunun əsgəri olan Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Ağaəmi Heybətov oktyabrın 16-da şəhidlik mərtəbəsinə yüksələrək 25 oktyabr 2020 -ci il tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağaəmi Heybətov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruslan Qabil oğlu İdrisov
Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşmışdır. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil almışdır. Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Kərəm oğlu Məmmədov
Anar Məmmədov 1984-cü il iyunun 6-da Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olub. Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Anar Məmmədov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahı Elman oğlu Məmmədli
Məmmədli Şahı Elman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub. Şahı Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək, şəhidlik zirvəsinə yüksəlib. Ailəsi 44 gün ondan xəbər ala bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar. Şahı Məmmədli dekabrın 1-i doğulduğu kəndin məzarlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şahı Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ruslan Ramiz oğlu Məmmədov
Ruslan Məmmədov 1997-ci il iyunun 6-da Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Ruslan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Məmmədov noyabrın 1-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif İsmayıl oğlu Qeybiyev
Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşlərində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100-200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur. Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Süleyman İlham oğlu Şirəlizadə
Süleyman Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və döyüşlərə qatılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Sarvan oğlu Şıxəliyev
Elvin Şıxəliyev 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Elvin Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və şəhid olmuşdur. Elvin Şıxəliyev oktyabrın 14-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.