2 iyun

İlkin Tehran oğlu Ağayev

İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan İlkin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Ağayev noyabrın 8-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xəyal Nəsrəddin oğlu Əlizadə

Xəyal Əlizadə 1995-ci il iyunun 2-də Ağstafa şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əlizadə noyabrın 09-da Şuşanın azad olunması zamanı şəhid olub. Ağstafa şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vüsal Aftandil oğlu Məmmədov

Şəhid Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyunun 2-də Bakı şəhərində dünyaya gəlib. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olub, daha sonra 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib. O, İkinci Qarabağ müharibəsində iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina etmiş və yenidən döyüşlərə qayıtmışdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində-oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır. Uzun müddət sonra noyabr ayının 28-də şəhidimizin nəşi döyüş meydanından götürülərək noyabrın 29-da Binəqədi qəsəbəsində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

 

Əbdülrza Şamməd oğlu Rəfibəyli

Əbdülrza Rəfibəyli 2 iyun 1998-ci ildə Xətai rayonunda anadan olmuşdur. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir. 2004-2015-ci illərdə Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil almışdır. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Əbdülrza Rəfibəyli sentyabr ayında çağırılmışdır. 21 sentyabr tarixindən başlayan hərbi təlim toplantılarında da iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əbdülrza Rəfibəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 23 oktyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı başından qəlpə yarası alaraq şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əbdülrza Rəfibəyli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Nurəhməd Hacıbəy oğlu Ulubəyov

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2020-ci ilin sentyabr ayının 21-də Nurəhməd Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır. 2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli  və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılır və ön cəbhədə döyüşür. Vətənimiz uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020-ci ilin oktyabr ayının 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu əbədi olaraq 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılır. Nişanlı idi.

Ulubəyov Nurəhməd Hacıbəy oğlu  ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

 

Basit İdris oğlu Rüstəmov

Basit Rüstəmov 3 iyun 1996-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub. Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayan və 44 gün davam edən Qarabağ müharibəsində XTQ-nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Basit Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.