17 May
Yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 155 illiyi, (1870-1933)
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifətilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir. Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918). 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Ac həriflər” (1927), “Şəbih” (1937), “Dağılan tifaq” (1937), “Şeyx Şaban” (1958), “Bəxtsiz cavan” (1959), “Marallarım” (1960), “Mozalanbəyin səyahətnaməsi” (1961), “Diş ağrısı” (1965), “Seçilmiş əsərləri” (iki cilddə) (1971), “Ovçu Qasım” (1973), “Hekayələr” (1974), “Mirzə Səfər” (1977), “Qoca tarzən” (1980), “Xortdanın cəhənnəm məktubları” (1981), “Seçilmiş əsərləri” (1982) və s. Filmoqrafiya: Marallarım (film, 1963), Evlənmək istəyirəm (film, 1983), Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) - əsərin müəllifi. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.S .205
İman Tarverdi oğlu Alməmmədov
İman Alməmmədov 17 may 1999-cu ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açmışdır. Orta təhsilini əvvəlcə Şahbuz rayon Kolanı kənd orta məktəbdə, sonra isə Babək rayon Vayxır kənd məktəbində almışdır. Azərbaycan Ordusunun əsgəri olan İman Alməmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Hadrutun, həmçinin, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin və Xocalı rayonunun Çanaqçı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, Şuşa rayonunun Daşaltı kəndində mühasirədə qalsa da, mühasirədən çıxmağı bacarmışdır. İman Alməmmədov 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şahbuz rayonunun Kolanı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Alməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Elzar oğlu Aslanov
Röyal Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Röyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Röyal Aslanov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Aslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Məclum oğlu Baxşiyev
Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sahil Oktay oğlu Cəlilov
Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşmuşdur. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamal Vidadi oğlu Əbilov
Kamal Əbilov 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Kamal Əbilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kamal Əbilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səfa Əmirxan oğlu İsazadə
Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhliman Rəhman oğlu Mehdiyev
Mehdiyev Əhliman Rəhman oğlu 2002-ci il may ayının 17-də İmişlinin Məzrəli kəndində dünyaya göz açıb. 2020-ci ilin iyul ayında hərbi xidmətə yola düşür. Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüş yolu Murov dağı istiqamətindən başlayıb. Əhliman həmin ərazidə yerləşən Koroğlu yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib. Növbəti tapşırıq zamanı döyüşçü yoldaşları ilə birgə Ömər Aşırımı adlanan mövqeyi ələ keçirmək üçün hücuma keçib. İki güllə yarası alsa da, döyüşə davam edib. Lakin düşmən tərəfindən atılan artilleriya mərmisi onun yanına düşüb və Əhliman Mehdiyev 2020-ci il oktyabrın 2-də cəbhənin Murov dağı istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif Sərəncamlarına əsasən Əhliman Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildi.
Allahverdi Bəhram oğlu Novruzov
Allahverdi Bəhram oğlu Novruzov 1994-cü ildə Salyan şəhərində anadan olub. Allahverdi ibtidai təhsilini yaşadıqları "Plastik” yaşayış massivində yerləşən 9 illik məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Allahverdi 2020-ci ilin sentyabrında səfərbərlik elan olunarkən, ayın 21-də könüllü şəkildə orduya yollanıb. Elə ilk gündən hərbi təlimlərdə iştirak edib. O, müharibə başlayan ilk gündən Füzuli uğrunda gedən döyüşlərin önündə olub. Lakin, xain düşmənin atdığı mərmi yaxınlığına düşdüyündən şəhid olub.
Ölümündən sonra Şəhid Allahverdi Novruzov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Üzeyir Əyyub oğlu Rüstəmov
Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Üzeyir Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Üzeyir Rüstəmov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.