10 May
Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür, (1923-2003)
“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.” (Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva)
Heydər Əliyev - Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), “Ulu öndər” və “Azərbaycan xalqının Ümummilli lideri" titullarının rəsmi daşıyıcısıdır. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə “Lenin” ordeni, “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə "Sosialist Əməyi Qəhrəmanı" adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Ümummilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə, 80 yaşında vəfat etmişdir.
Qəzənfər Nəcəf oğlu Abdullayev
Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qəzənfər Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qəzənfər Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Abdullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cavid Şaban oğlu Əliyev
Cavid Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub. 2002-2013-cü illərdə Tovuz rayonunun Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Cavid Əliyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Snayper olan və onlarla erməni hərbçini öldürən Cavid Əliyev, noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fuad Ramin oğlu Əliyev
Fuad Əliyev 10 may 2001-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2007-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fuad Əliyev noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Fuad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Pərviz Zaur oğlu Gülmalıyev
Pərviz Gülmalıyev 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Gülmalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Pərviz Gülmalıyev 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq Rasim oğlu Həsənov
Həsənov Namiq Rasim oğlu 10 may 1991-ci ildə anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 30 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Fuad Fizuli oğlu Məhərrəmli
Məhərrəmli Fuad Fizuli oğlu 2001-ci il mayın 10-da anadan olmuşdur. 2-ci Qarabağ Müharibəsində Fizuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşub. Füzulinin 5 kəndinin alınmasında igidliklə iştirak edib. Cəbrayılın Nüzgar kəndi yaxınlığında Nüzgar dərəsi adlı yerdə yaralı əsgər yoldaşlarını xilas edərkən yanına minamyot düşmüş və ağır xəsarət almışdır. Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalmışdır.
Ali baş komandan İlham Əliyevin sərəncamına əsasən "Füzulinin işğaldan azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Ülvi Üzeyir oğlu Mirzəyev
Ülvi Mirzəyev 2000-ci il mayın 10-da Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. 2018-ci ildə Yenikənd kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. 5 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Şəybəy kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Fərhad oğlu Muradov
Hüseyn Muradov 1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılır. Vətən Müharibəsində pulemyotçu kimi döyüşmüşdür. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olmuşdur. Hüseyn Muradov Keşlə Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kinyaz Zirəddin oğlu Orucov
Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Ömər oğlu Qaracayev
Nurlan Qaracayev 1999-cu il mayın 10-da Balakən rayonunun Kortala kəndində anadan olub. 2005-2016-cı illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qaracayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qaracayev oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qaracayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tural İsmayıl oğlu Sarıyev
Tural Sarıyev 1993-cü il mayın 10-da Tovuz rayonunun Cirdək kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Sarıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Sarıyev oktyabrın 16-da Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Sarıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Məmmədağa Balakişi oğlu Səfərov
Məmmədağa Səfərov 10 may 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 20 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetinin makina mühəndisliyi fakultəsində təhsil almışdır. Oxuduğu universitetdə akt zalına Şəhidimizin adı verilib. Məmmədağa öz istəyi ilə təhsilini donduraraq hərbi xidmətə yollanır. 2020-ci ilin oktyabrın 8-də hərbi xidmətə başlamış və Qusar rayonunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Səfərov ölümündən sonra "Vətən uğrunda" və 'Xocavəndin azad olunması uğrunda" medalları ilə ilə təltif edildi.
Zahid Azad oğlu Zairli
Zahid Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. 2006-2014-cü illərdə Dəlləli kənd tam orta məktəbində, 2014-2015-ci illərdə M. İmanov adına Ostayır kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan snayperçi Zahid Zairli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahid Zairli oktyabrın 8-də Cəbrayıl döyüşlərində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahid Zairli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahid Zairli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahid Zairli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.