2 May

Ağayev İldırım Qafqaz oğlu

 İldırım Ağayev 1998-ci il mayın 2-də Yevlax rayonunun Rüstəmli kəndində anadan olub. Subay idi.

 Azərbaycan Ordusunun kiçik çavuşu olan İldırım Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İldırım Ağayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İldırım Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cəfərov Elmar İlham oğlu

 2 may 1995 ci ildə Gədəbəy Rayonunun Nova İvanovka kəndində anadan olmuşdur. Nişanlı idi.

 Azərbaycan Xüsusi Təyinat Qüvvələrindən olan Cəfərov Elmar İlham oğlu 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. Elmar 2- ci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də igidcəsinə iştirak etmiş və ayağında qəlpə qalmışdı.

 Cəfərov Elmar İlham oğlu Vətən müharibəsində çox güclü döyüşçü kimi tanınmış və tək məqsədi düşmənləri qovmaq yox, öldürüb torpaqlarımızdan onları birdəfəlik yox etmək olmuşdur. O, həm snayperçi, həm də topçu idi.  Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qolundan yaralanmış, çox qan itirməyinə rəğmən döyüşə davam etmiş və son olaraq isə çənəsinə dəyən qəlpə ilə Şəhid olmuşdur. Şəhidlərimizin Ruhunun şad olmasını diləyirik.

 

Hüseynli Səbuhi Babək oğlu

 Səbuhi Hüseynli 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuşdur. 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil almışdır. 2009-2014-cü illərdə Xudat şəhər Texniki Fənnlər təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. Ailəli idi, bir oğlu yadigar qaldı.

 Səbuhi Hüseynli 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Ağdam və Tərtər istiqamətində xidmətini davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində Talış kəndi istiqamətində yaxından vuruşmuş, fərqlənmişdir. Nümunəvi xidmətinə görə bir çox fəxri fərmanlar ilə təltif edilmişdir.

 Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

 Azərbaycan Ordusunun əsgəri olan Səbuhi Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səbuhi Hüseynli 26 oktyabr tarixində Xocavənd-Şuşa istiqamətində baş-beyin nahiyəsindən yara almışdır. Səbuhi Hüseynli koma vəziyyətinin 6-cı ayında, 15 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuş və ertəsi gün doğulduğu Xaçmaz rayonunun Maqsudkənd kəndində dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səbuhi Hüseynli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İbrəhimov Elmir Akif oğlu

 İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi.

 Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib. Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb. Dostlarına silah-sursatı çatdırmağı isə bacarmışdı... 2021-ci ilin sentyabr ayında doğulduğu Saatlı rayonunda xatirəsini yaşatmaq üçün inşa edilən bulağın açılışı olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı medalları ilə təltif edilib.

 

Məmmədov Anar Elşad oğlu

 Anar Məmmədov 1986-cı il mayın 2-də Sabirabad şəhərində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

 Azərbaycan Ordusunun mayoru olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldığdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məmmədov Araz Adil oğlu

 Məmmədov Araz Adil oğlu 2 may 1994-cü ildə Tovuz rayonunda doğulmuşdur.

2001-2012-ci illərdə orta təhsilini Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə almışdır.

 2013-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmış, Vətən Müharibəsində iştirak etmişdir. “N” saylı hərbi hissənin kəşfiyyatçısı kimi Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrud) qəsəbəsi və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.

4 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

6 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

 Məmmədov Araz Adil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mustafayev Siyasət Akif oğlu

 Siyasət Mustafayev 1996-cı il mayın 2-də Ağdaş rayonunun Pirəyir kəndində anadan olub. Nişanlı idi.

 Siyasət Mustafayev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əvvəlcə müddətli, sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

 Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyasət Mustafayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdaş rayonunun Pirəyir kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Quliyev Ağamirzə İlham oğlu

 Ağamirzə Quliyev 2 may 2001-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinə daxil olmuşdur, daha sonradan Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı məktəb-liseyinə qəbul edilmişdir. Yaşayış yerinin dəyişməsi səbəbi ilə 21 saylı məktəbdə təhsil almış, 2018-ci ildə Səməd Vurğun adına 41 saylı tam orta məktəbdən məzun olmuşdur.

Ailədə 3 uşaq olmuşlar: 1 bacı və 2 qardaş. Evin böyük oğlu idi.

 2 may 2019-cu ildə 18 yaşını tamamlamış və iyulun 5-i hərbi xidmətə çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 3 noyabr 2020-ci ildə Xocavənd döyüşlərində həlak olmuşdur.

19 noyabr 2020-ci il tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 Ölümündən sonra 19 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Quliyev Ağamirzə İlham oğlu “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 25 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Ağamirzə İlham oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

Rüstəmov Emin Səid oğlu

Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlaxda anadan olmuşdur.

 Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Təltifləri: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 

 

 

 

Səfərov Coşqun Əhməd oğlu

 Coşqun Səfərov 2 may 1997-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə Salyan şəhər 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Həmçinin, musiqi təhsilini Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində almışdır. Coşqun Səfərov hərbi xidmətini başa vurduqdan sonra Salyan Qaz İstismarı İdarəsində nəzarətçi vəzifəsində çalışmışdır.

 Coşqun Səfərov 2015-2017-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

 2016-cı ildə hərbi xidmətdə olarkən sintezatorda ifası ilə Gəncə şəhərində hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxışda 2-ci yeri tutataraq fəxri fərman və TİSSOT saatı ilə mükafatlandırılmışdır.

 Coşqun Səfərov 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılmışdır.

 Azərbaycan Ordusunun əsgəri olan Coşqun Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü manqa komandiri olaraq iştirak etmişdir. Döyüşlərdən birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 25 noyabr 2020-ci ildə dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Coşqun Səfərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.