23 Aprel

Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü, (1995)

1995-ci ilin bu günündə Parisdə YUNESKO-nun Baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəsləməyə çağırıblar. Elə həmin konfransda Ümumdünya Kitab vә Müәlliflik Hüququ Günü, həmçinin uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edilib. YUNESKO bu günü dünya şöhrətli dramaturqlar Uilyam Şekspirin, Migel de Servantesin və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanin şərəfinə  müəyyənləşdirib. Bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.

   Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilir. Müəlliflik hüququnun kitabla bağlı olması, başqa sözlə, “Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna” yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, “onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur”. 

   Azərbaycan müasir müəllif-hüquq sisteminə malikdir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir.

 

Ümumdünya İngilis Dili Günü, (2010)

Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Belə təkliflə təşkilatın ictimaiyyətlə əlaqələr departamenti çıxış etmişdir. Bayramın məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. Birləşmiş Millətlər Təşkilatı təqvimdə altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. İngilis Dili Gününün qeyd edilməsi böyük ingilis şairi, yazıçısı, dünyanın ən məşhur dramaturqu Vilyam Şekspirin anadan olduğu günlə bağlıdır. Bu gün ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır. Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, Yeni Zelandiya sakinlərinin dilidir. İngilis dili Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir. 

 

Cavid Vahid oğlu Abdullayev

Cavid Abdullayev 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 2006-2017-cı illərdə Qaşqaçay kənd tam orta məktəbində təhsil alıb. Cavid Abdullayev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Abdullayev oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Qax rayonunun Qaşqaçay kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ülvi Bayram oğlu Abışov

Ülvi Abışov 1997-ci il aprelin 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Abışov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliəkbər Qulu oğlu Bəndəliyev

Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbə vurulub. Son dəfə oktyabrın 8-i evlə əlaqə saxladıqdan sonra döyüşə yollanıb. 10 oktyabr tarixində şəhid olub. 

Bəndəliyev Əliəkbər Qulu oğlu ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

Elnur Qədir oğlu Əbdülov

Elnur Əbdülov 23 aprel 2002-ci ildə Astara rayonunun Sipiyəpart kəndində anadan olub.Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Əbdülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində şəhid olur.Şəhidin nəşi 2 oktyabrda doğulub boya başa çatdığı Sipiyəpart kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsgər Elnur Qədir oğlu Əbdülov ölümündən sonra "Vətən uğrunda" medalı,"Cəsur döyüşçü" medalı,"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Sübhan Arif oğlu Əbilzadə

Sübhan Əbilzadə 1998-ci il aprelində 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Sübhan Əbilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Əbilzadə noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

Ruslan İlqar oğlu Nərimanzadə

Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həsənağa Bəhruz oğlu Şirvani

Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub.

Həsənağa Bəhruz oğlu Şirvani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.