5 iyun

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü, (1972)

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması 16  dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) qəbul edilib. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü keçirilir. Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq etmişlər. Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır. Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib. Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir.

 

Şair, dramaturq Vaqif  Səmədoğlunun anadan olmasının 85 illiyi, (05.06.1939)

Vaqif  Səmədoğlu  1939-cu il  iyunun 5-də  Bakı şəhərində, məşhur Azərbaycan şairi  Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında  təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas            kursu keçmişdir (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971),  C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləmişdir. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərmişdir. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994). 2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilmişdir. Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri:  “Yoldan teleqram”  (1968), “Günü baxtı”  (1972), “Mən burdayam, ilahi” (1996), “Uzaq yaşıl ada” (1999), “Bəxt üzüyü” (1999), “Gürzəçöl yazıları” (2016). 

Dram əsərləri: “Bəxt üzüyü”,  “İntizar”,  “Uca dağ başında”,  “Lotereya”, “Yayda qartopu oyunu”,  “Yaşıl  eynəkli  adam”,  “Generalın  son  əmri”,  “Mamoy kişinin yuxuları”.

Şeirləri: “Son gecədir bu gün yenə...”, “Nəyin istisindən yananlar...”, “Bir cüt ayaqqabı...”, “Qağayı, axtar məni...”, “Anara, Birlikdən və tənhalıqdan...”, “Bu payız da başlandı...”, “Eşidirsənmi?..”, “Mühit içində...”, “Ədalarından çaşdığım qadın...”, “Ev. Özgə otağının kiri. Divarda Stalin...”, “Dənizdən ayrılmış qupquru qaya...”, “Əyrin-üyrün, dar küçələrin...”.

Filmoqrafiya: “Xəzinə” (film, 1970), “Gün keçdi” (film, 1971), “Evləri köndələn yar” (film, 1982), “Cin mikrorayonda” (film, 1985), “Yaşıl eynəkli adam” (film, 1987), “Qətl günü” (film, 1990), “Bəxt üzüyü” (film, 1991), “Karvan” (film, 1995), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (film, 1996), “Yaşıl eynəkli adam-2” (film, 1999), “Yaşıl eynəkli adam-3” (film, 2002), “Yumurta” (film, 2003), “Evləri göydələn yar” (film, 2010), “Gün keçdi” (film, 2012), “Bəxt Üzüyü-2” (film, 2018) və s. 

 

Yazıçı, ssenarist Natiq Rəsulzadənin 75 illiyi, (1949)

Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumittifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub. Azərbaycanın Əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əsərləri: “Uşaqlıq lövhələri” (1976), “İşıqlı lövhələr” (1978), “Bayramda yağan yağış” (1981), “Gecədə atlı” (1982), “Vsadnik v noçi” (1983), “Risuyu ptiçu” (1984), “Ulduzların altında yol” (1986), “Gecədə atlı” (1988), “Pəncərə: hekayə və povest” (2010)  və s.

Filmoqrafiya: “De ki, məni sevirsən!” (film, 1977), “Sürpriz” (film, 1977),  “Pərilərə inanmayın” (film, 1979), “Bayramda yağış” (film, 1985), “Yaşa, qızıl balıq” (film, 1988), “Gecə qatarında qətl” (film, 1990), “Dünən, bu gün, sabah” (film, 1992), “Vahimə” (film, 1998), “Nə gözəldir bu dünya...” (film, 1999), “Sifarişçi” (film, 2000), “Epizod” (film, 2002), “Ovsunçu” (film, 2002), “Girov” (film, 2005), “Biz qayıdacağıq” (film, 2007) və s. 

 

Aslanov Tural Elşən oğlu

 Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub. N. Cəbiyev adına tam orta məktəbdə orta təhsil almışdır. Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsində ali təhsil almışdır. Subay idi.

 Tural Aslanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 3 aylıq zabitlik kursundan sonra "N" saylı hərbi hissədə "leytenant" olaraq tərxis olunana qədər xidmətini davam etdirmişdir.

 Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Aslanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Babayev Sahil Coşqun oğlu

 Babayev Sahil 2002-ci ilin iyun ayının 5-də Şabran rayonunun Ceyranlı kəndində anadan olmuşdur. Ceyranlı kəndində 9 il təhsil aldıqdan sonra Şabran şəhərindəki 2 saylı tam orta məktəb-liseyə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olmuşdur.

 Babayev Sahil təhsilini başa vurmamış 2020-ci ilin iyul ayının 7-də həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Babayev Sahil 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri Sahil Babayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. 20 oktyabr 2020-ci ildə əsgər Babayev Sahil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. Şəhidin nəşi, 21 oktyabrda doğulduğu Ceyranlı kəndində dəfn edilmişdir.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Babayev Rauf  Fəxrəddin oğlu

 Babayev Rauf Fəxrəddin oğlu 5 iyun 2001-ci ildə Xaçmaz şəhərində anadan olub. 2007-2018-ci illərdə Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb.

 Üç bacının tək qardaşı olan Rauf hələ uşaq yaşlarında atasını itirib, ailəsinin yükünü öz çiyinlərinə götürüb.

 Rauf 2019-cu ilin iyulunda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmətdə olub.  

 İkinci Qarabağ müharibəsi döyüşlərində Rauf Babayev qəhrəmanlıq göstərən, ön xəttdə döyüşən əsgərlərimizdən biri olub. Oktyabrın 1-də Tapqaraqoyunlu kəndi və Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanaraq, 19 yaşında şəhidlik zirvəsinə ucalıb. 

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Cəfərov Şahlar Fəzail oğlu

Şahlar Cəfərov 1975-ci il iyunun 5-də Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.

 Azərbaycan Ordusunun mayoru olan Şahlar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahlar Cəfərov oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əhmədov Tural İzətulla oğlu

 Tural Əhmədov 2001-ci il iyunun 5-də Qusar rayonunun Mucuq kəndində anadan olub. Subay idi.

 Azərbaycan Ordusunun əsgəri olan Tural Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Əhmədov oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tural Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əliyev Səmid Xoşbəxt oğlu

Səmid Əliyev 2001-ci il iyun ayının 5-də Coratda anadan olub. 3 bacının bir qardaşı idi. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. Nişanlı idi.

 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səmid Əliyev Füzuli döyüşlərində savaşıb. Əliyev Səmid 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əlizadə Yüksəl İlqar oğlu

 Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də Quba rayonunda anadan olub. Atası — uzun illər bir sıra şəhər və rayon Prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası — Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Bakı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduğdan sonra isə Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə distant ali təhsil almağa başlayıb. Tələbə idi. Subay idi.

Ailəsi Gəncə şəhərində yaşadığı üçün Yüksəl Əlizadə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

 Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.

 Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası ilə şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Mənsimli İntiqam Rövşən oğlu

 İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İntiqam Mənsimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.

 Azərbaycan Ordusunun əsgəri olan İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Mənsimli 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Quliyev Vüsal Tahir oğlu

 Vüsal Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində Tahir Quliyev və Gülparə Quliyevanın ailəsində anadan olmuşdur. 1991-2002-cü illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada orta təhsil almışdır. 2002-2006-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil almışdır. Sonra bir müddət "Zabit ixtisaslaşdırma kursu"ndan keçmişdir. Fərqanə Quliyeva ilə ailəli idi, Ruqəyya, Məryəm və Hüseynəli adlı övladları yadigar qaldı.

 2007-ci ildə ixtisaslaşdırma kursunu başa vuran Vüsal Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdən birində "leytenant" rütbəsində, taqım komandiri kimi hərbi vəzifəsinə başlamışdır. 2009-cu ildə Ağstafada "baş leytenant" rütbəsində batareya komandiri kimi xidmət edən Vüsal Quliyev 2013-cü ildə "kapitan" rütbəsi alaraq hərbi xidmətini Ağcabədidə davam etdirmişdir. 2016-cı ildə Beyləqanda qoşun xidmət rəisinin müavini, 2019-cu ildə Goranboy rayonunun Goran qəsəbəsində və son olaraq 2020-ci ildə Tərtər rayonunda kəşfiyyat rəisinin müavini olaraq xidmət etmişdir. Hərbi xidmət müddətində fərqləndiyinə görə dəfələrlə medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

 Azərbaycan Ordusunun kapitanı olan Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Quliyev 28 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lənkəran şəhərində dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 

Teymurov Mansur Elnur oğlu

 Mansur Teymurov 5 iyun 1999-cu ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olmuşdur.

 Mansur Teymurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mansur Teymurov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.