6 Noyabr
Televiziya və Radio Günü, (1926)
Azərbaycanda hər il 6 noyabr – Radio və Televiziya İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı ilin 14 fevralında efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib. 60 il əvvəl Zaqafqaziya ölkələri arasında ilk dəfə Bakıda ağ-qara rəngdə göstərən televiziya fəaliyyətə başlayıb. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, yəni AzTV yayıma başlayıb. Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib, Salyan, Quba, Kürdəmir və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Sonralar istifadəyə verilən teleqüllə cəmiyyət üçün yenilik oldu və Azərbaycanda televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. Yeni televiziya qülləsi inşa edildikdən sonra köhnəsi hissə-hissə söküldü. Dövlət televiziyası Azərbaycan teleməkanına texniki uğurlarla yanaşı, yaradıcılıq və telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb.
İsgəndərov Elvin Mətləb oğlu
Elvin İskəndərov 1989-cü il noyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Elvin İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin İskəndərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İskəndərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahimov Elsəvər Etibar
Elsevər İbrahimov 6 noyabr 1999-cu ildə Şəki rayonu Aşağı Genyaq kəndində anadan olub. 2006-cı ildə Aşağı Göynük kənd tam orta məktəbinin I sinfinə gedib və 2017-ci ildə orta təhsilini bitirib. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin iyulunda əsgəri xidmətini başa vurub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elsevər İbrahimov Füzuli, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.. Elsevər İbrahimov noyabr ayının 15-də Aşağı Layısqı kəndinin "Mərdanlar" qəbiristanlığında tor-pağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İsmayılzadə Vaqif Vüqar oğlu
Vaqif İsmayılzadə 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Vaqif İsmayılzadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif İsmayılzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.