26 Aprel

İngilis dramaturqu və şairi Vilyam Şekspirin 460 illiyi, (1564-1616)

Vilyam Şekspir 1564-cü il aprel ayının 26-da İngiltərənin Stratford şəhərində anadan olmuşdur. Şekspir Stratford “Qrammatika məktəbində təhsil almışdır. 1585-ci ildə Londona köçmüş, rejissor köməkçisi, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərmişdir. 1595-ci ildən Şekspir “Lord Çemberlenin truppası”nın pay sahiblərindən biri olmuş, 1899-cu ildən “Qlobus” teatrının, 1608-ci ildən isə Dominikan teatrının sahiblərindən birinə çevrilmişdir. Şekspir ali təhsil almasa da fransız, italyan, latın dilini, ingiltərənin tarixini yaxşı bilmiş, hüquq, musiqi, botanika, təbabət, hərb və dəniz işini mənimsəmiş, ingilis dilinə 3200 yeni söz bəxş etmişdir. Yunan-roma mifologiyasını, ədəbiyyatı və tarixini öyrənmiş, təkcə tərcümədən deyil, orijinaldan da istifadə etmişdir. Şekspir bədii yaradıcılığa teatrda çalışarkən, 1590-cı ildə başlamışdır. Əsərlərinin əksəriyyətini 1590-1612-ci illər ərzində yazmışdır. O, Həm komediya, həm də faciə janrlarında eyni dərəcəli uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. “Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır. Dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri olan Şekspir 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və 154 sonetin müəllifi olmuşdur. Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulmuşdur. Azərbaycan teatrının inkişafında da Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarını Azərbaycan türkcəsinə çevirmişlər. Bunların böyük qismi ruscadan, az hissəsi ingiliscədən tərcümə olunmuşdur. Azərbaycan şairləri Şekspirin sonetlərini bir neçə dəfə tərcümə etmişlər. Ən görkəmli rejissorlar və aktyorlar Şekspir əsərlərinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasında iştirak etməyi özlərinə şərəf bilmişlər. Şekspirin aforizmə çevrilmiş fikirləri də olmuşdur: “Kitablarım mənə çatacaq qədər  böyük krallıqdır”, “Kitab mənim üçün, tacdan qiymətlidir”. Vilyam Şekspir 1612-ci ildə doğma şəhəri Stratforda qayıtmış və 1616-cı ildə vəfat etmişdir.

Filmoqrafiya: “Otello” (film, 1955), “İnadkarın ram edilməsi” (film, 1967), “Romeo və Cülyetta” (film, 1968), “Kral Lir” (film, 1970).

 

Elnur Tofiq oğlu Cəbrayılov

Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın ani hücumunun qarşısının alınması və erməni işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Elnur Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 12-də Elnur Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində düşmən postuna daxil olur. Elə həmin gündən şəhid kapitandan bir daha xəbər alına bilmir. Bir müddət onun adı itkin düşmüş hərbçilər siyahısında qalır. 16 yanvar 2021-ci il tarixində Elnur Cəbrayılovun nəşi tapılaraq DNT analizi ilə təsdiq edilir və Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunur. Ailəli idi.

Elnur Tofiq oğlu Cəbrayılov ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Elfak Eltun oğlu Daşdəmirov

Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elfak Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elfak Daşdəmirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfak Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Şamo Mətləb oğlu Məhərrəmov

Şamo Məhərrəmov 1997-ci il aprelin 26-da Qax rayonunun Ləkit kəndində anadan olub. 279 Saylı Tam Orta Məktəbi Bitirib. Azərbaycan Ordusunun əsgəri olan Şamo Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Məhərrəmov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elməddin Ələddin oğlu Məmmədli

Məmmədli Elməddin Ələddin oğlu 26 aprel 1995-ci ildə Lənkəran şəhəri Göyşaban kəndində anadan olub. Elməddin Məmmədli oktyabr ayının 25-də Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi (digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, baş beynin diffuz travması) nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

Elgün Etibar oğlu Muradov

Elgün Etibar oğlu Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Elgün Muradov adını könüllülər sırasına yazdırmışdır. 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılmışdır. Könüllü əsgər Elgün Muradov Cəbrayılın, Füzulinin, Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fəal iştirak etmişdir. 28 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hüseyn Fərhad oğlu Sultanov

Sultanov Hüseyn Fərhad oğlu 26 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabrda Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Asif Arif oğlu Talıblı

Asif Talıblı 1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Talıblı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Talıblı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.