Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi

Şöbə müdiri: Qafarova Leyla Hacıağa qızı

2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.

E-mail: 

 

Şöbə haqqında ümumi məlumat

Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi 2009-cu ildən fəaliyyət göstərir. Şöbədə ölkəşünaslıq üzrə kataloq və kartoteka yaradılır, biblioqrafik tövsiyələr və nəşrlər hazırlanır. Azərbaycan uşaq yazarlarının elektron məlumat bazasının yaradılması üçün məlumatın toplanması, biblioqrafik şəxsi göstəricilərin və tövsiyə ədəbiyyat siyahılarının hazırlanması, ölkəşünaslıq üzrə informasiya xidməti göstərməklə yanaşı milli uşaq ədəbiyyatının təbliğini həyata keçirir. Şöbədə  ölkəşünaslığa dair materialların toplanması ilə yanaşı, həm də nəşr tarixi baxımından qiymətli hesab edilən, nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq ədəbiyyat nümunələri, həmçinin, 1920-1980-ci illərdə nəşr olunmuş uşaq ədəbiyyatı “Qızıl fond” adı altında qorunub saxlanılır. Şöbə oxucuların ölkəşünaslığa dair informasiyasını inkişaf etdirmək və tam xidmət göstərilməsi istiqamətində soraq biblioqrafiya aparatını - Azərbaycan və rus dillərində kataloq və kartotekalar sistemini yaradır:

-“Ölkəşünaslıq” kartotekasının təşkili;

-Tövsiyə biblioqrafik göstəricilər;

-İnformasiya xarakterli biblioqrafik nəşrlər;

-Elektron məlumat bazası.