Şöbə müdiri: Ələkbərova AyselZahid qızı
E-mail:
Şöbə haqqında ümumi məlumat
Məlumat biblioqrafiya şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə kitabxananın elmi-praktik sahəsi olub, çap əsərlərindən istifadə olunmasına təsir göstərmək məqsədilə, biblioqrafik məlumatların hazırlanması və istifadəçilərə çatdırılması prossesini həyata keçirir. Həmçinin, şöbə kitabxanaya daxil olan çap əsərlərinin qeydə alınması və bunun əsasında universal biblioqrafik məlumat mənbələrini hazırlayır. Dövri mətbuatda dərc olunan materiallar işlənərək kataloq və kartoteka sistemində əks olunur. Kitabiçi məqalələrin təsviri, müxtəlif mövzular üzrə toplanmış qəzet və jurnal məqalələrinin tammətnli elektron versiyası hazırlanaraq istifadəçilərə təqdim edilir. Oxucuları biblioqrafik biliklərlə maarifləndirmək üçün daxili kataloq və biblioqrafik kartoteka sistemində əks olunan məlumat-biblioqrafiya aparatı vasitəsilə soraq-biblioqrafiya xidmətini göstərir. Yeni nəşrlər haqqında informasiya bülletenləri hazırlayır, ödənilmiş arayışlar fondunun uçotunu aparır. Şöbədə “Beynəlxalq əlaqələr və beynəlxalq kitabxanalararası abonement” bölməsi fəaliyyət göstərir və Beynəlxalq Kitab Mübadiləsini aparmaq məqsədilə ədəbiyyatın ehtiyat mübadilə fondunu yaradır.