Kütləvi işlər şöbəsi

Şöbə müdiri: İbrahimova Leyla Rasim qızı

E-mail: leyla.ibragimli@inbox.ru 

 

Şöbə haqqında ümumi məlumat

Kütləvi işlər şöbəsi 1985-ci ildən fəaliyyət göstərir. Kütləvi tədbirləri həyata keçirən şöbə müvafiq sərəncamlara əsasən yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin yubileylərinə həsr olunmuş kitab sərgilərinin, ədəbi-bədii gecə və festivalların, teatr-tamaşa-müzakirələrin, yeni çapdan çıxmış uşaq ədəbiyyatı nümunələrinin təqdimetmə mərasimlərini, oxucuların uşaq yazarları və rəssamları ilə görüşlərini təşkil edir. Həmçinin, keçirilən tədbirlər haqqında kütləvi informasiya vasitələrinə, sosial şəbəkələrə məlumatların ötülürməsini təmin edir. Respublikada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilarları, beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin kitabxana, mədəniyyət mərkəzləri, diaspora və s. təşkilatlarla əməkdaşlıq edir.