Kitabxana proseslərinin Avtomatlaşdırma və Kompüterləşdirməsi şöbəsi

Şöbə müdiri: Ağamirzəyeva Vəfa Əliağa qızı

2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.

E-mail: vafa.aqamirza@mail.ru

 

Şöbə haqqında ümumi məlumat

Kitabxana proseslərinin Avtomatlaşdırma və Kompüterləşdirməsi şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Şöbə kitabxanaya daxil olan çap məhsullarının elektron kataloqa daxil edilməsi, kitabxana fondunun elektron bazasının redaktəsi, yoxlanılıb tam şəkildə istifadəyə verilməsi, həmçinin, oxucu sorğularına əsasən tələb olunan kitabların tam mətnini hazırlayaraq kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi, kitabxananın proqram təminatı, vebsaytı və sosial şəbəkələrlə iş prosesini yerinə yetirir. Şöbə istifadəçilərə kitabxananın internet informasiya ehtiyatlarından sərbəst, maneəsiz, bərabər şərtlərlə istifadə olunması üçün tez və operativ əldə edilən, optimal şərait yaradılmasını təmin edir. Kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompüter proqramlarının tətbiqini təşkil edir. Kitabxananın keyfiyyətli və fasiləsiz internet bağlantısını, kompüter və şəbəkə avadanlıqlarının işləməsini və idarə edilməsini təmin edir. Şöbə kitabxananın vahid kompüter şəbəkəsinin və proqram təminatının tənzimlənməsi, kitabxananın elektron ünvanının, internet səhifəsi, sosial şəbəkələrdə fəaliyyətini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.