Şöbə müdiri: Səfərova Fəridə Xosrov qızı
E-mail: feride.seferova01@gmail.com
Şöbə haqqında ümumi məlumat
Kitabsaxlayıcı şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə kitabxana fondunun məqsədəuyğun düzülüşünü, resursların mühafizəsini və istifadəsini səmərəli təmin etmək məqsədilə iş proseslərini həyata keçirir. Həmçinin, kitabsaxlayıcı fondun funksiyası mühüm tələblərə cavab verməlidir:
-fonddan istifadənin əlverişli olması,
-düzülüş sisteminin sabit olması,
-fonddan qənaətcil istifadənin yararlı olması.
Şöbə bütün elm sahələri üzrə kitabların, uşaq ədəbiyyatının, ardı davam edən nəşrlərin və dövri mətbuatın saxlayıcısı olmaqla yanaşı fonddan istifadəni, xarici və azsaylı xalqların ədəbiyyatının, kitabxanaya hədiyyə edilən uşaq ədəbiyyatı nümunələrinin qorunub saxlanılmasını təmin edir. Şöbə fondun formalaşdırılmasına, ondan istifadə olunmasına və mühafizəsinə optimal şərait yaradaraq xidmət edir. Yeni daxil olan ədəbiyyatın uçotunu, fondun yoxlanılmasını və çoxnüsxəli ədəbiyyatın seçilib siyahıya alınmasını həyata keçirir. Respublika kitabxanalarına fondun təşkili, qorunması və ondan istifadə olunması haqqında metodik köməklik göstərir. Kitabsaxlayıcının fondu kitabxananın bütün kataloqlar sistemində öz əksini tapır. Kitabxana fondunda kitablar sistemli və əlifba qaydası ilə düzülür.