Elmi metodika şöbəsi

Şöbə müdiri: Məmmədli Ruhiyyə Mikayıl qızı

2015-ci ildə Tərəqqi medalına layiq görülmüşdür.

E-mail: memmedli.ruhiyye@mail.ru

 

Şöbə haqqında ümumi məlumat

Elmi metodika şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması ilə xidmətin yüksəldilməsi, fondun zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, əhalinin intellektual potensialı və bilik səviyyəsinin inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsi məqsədilə respublikada fəaliyyət göstərən uşaq kitabxanalarına elmi metodik mərkəz kimi tövsiyələr verərək rəhbərlik edir. Respublikada uşaq kitabxanalarının fəaliyyətini metodik cəhətdən tənzimləyən mərkəzin yaradılması uşaqlara xidmət edən kitabxanaların təşkilati metodik problemlərinin vahid qaydada həllini təmin edir. Kitabxana üzrə şöbələrin, bölmələrin, kitabxana-filialların fəaliyyətinin forma və metodlarınıın məzmununun vahidliyini təmin edir. Rayon və şəhər mərkəzi kitabxanalarının uşaq şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxanaların, elektron kataloqun yaradılması, eyni zamanda istifadəsinin təşkili, xidmət prosesində internetin axtarış sistemlərindən istifadəyə metodik köməklik göstərərək qabaqcıl təcrübənin region kitabxanaları arasında yayılmasını təmin edir. Oxuculara göstərilən yeni xidmət növlərinin yerlərdə təbliği və onlardan iş prosesində istifadənin təşkilini həyata keçirəcək kadrların hazırlanması məqsədilə seminar-məşğələlər, ustad dərsləri və treninqlər təşkil edir. Respublika üzrə uşaq kitabxanalarının illik iş planı, mətn və statistik hesabatı toplayır, təhlil edir və rəy bildirir. Yeni təqvim ili üçün “Əlamətdar və tarixi günlər təqvimi” hazırlanaraq istifadəçilərə təqdim edilir.