Beynəlxalq Biomüxtəliflik gününə həsr olunmuşdur.
Layihənin məqsədi: Uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla uşaqları maarifləndirmək.
Tərəfdaşlar: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzləri.
İştirakçı qonaqlar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, 12 dövlətin diplomatik korpuslarının, Ombusdman Aparatının, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi, uşaq yazarları, məktəblilər və KİV əməkdaşları.
Layihənin keçirildiyi məkan: Beynəlxalq Muğam Mərkəzi.
Layihənin keçirildiyi tarix: 22 may 2014-cü il.
https://clb.az/arxiv2021/html/news221.shtml