|
E L E K T R O N M Ə L U M A T B A Z A S I |
|
8 NOYABR METROSTANSİYASI 8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib. Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir. |