|
İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARIMIZ |
|
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Birinci Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca gərgin silahlı qarşıdurma başlandı. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şücaəti və fədakarlığı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunmuşdur. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunmuşdur. 2023-cü entyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Ermənistan Silahlı Qüvvələri 1990-cı illərdən etibarən Qazax rayonunun 7 kəndini işğal etmişdir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi nəticəsində 2024-cü il 15 may tarixində delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Qazax rayonunun 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüşdür. 27 sentyabr 2020-ci il Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər 3 oktyabr 2020-ci il Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi 4 oktyabr 2020-ci il Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri 5 oktyabr 2020-ci il Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri 9 oktyabr 2020-ci il Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri Tərtər rayonunun Çaylı kəndi 14 oktyabr 2020-ci il Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri 15 oktyabr 2020-ci il Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri Füzuli rayonunun Arış kəndi Cəbrayıl rayonunun Doşulu kəndi 16 oktyabr 2020-ci il Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri 17 oktyabr 2020-ci il Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri 18 oktyabr 2020-ci il Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı 19 oktyabr 2020-ci il Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri 20 oktyabr 2020-ci il Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri 21 oktyabr 2020-ci il Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri 22 oktyabr 2020-ci il Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri 23 oktyabr 2020-ci il Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri 25-26 oktyabr 2020-ci il Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri. 28 oktyabr 2020-ci il Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri Füzuli rayonunun Mandılı kəndi Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri. 30 oktyabr 2020-ci il Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri. 2 noyabr 2020-ci il Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri 4 noyabr 2020-ci il Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri 7 noyabr 2020-ci il Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri Zəngilan rayonunun Beşdəli kəndi Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri Xocalının Qarabulaq, Moşxmaat kəndləri 8 noyabr 2020-ci il Şuşa şəhəri 9 noyabr 2020-ci il Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri 10 noyabr 2020-ci il Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq. 20 noyabr 2020-ci il Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var. 25 noyabr 2020-ci il Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib. Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub. 1 dekabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan Laçın rayonunu Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. Ermənistan tərəfindən işğaldan azad edilmiş rayonlarımızda çoxsaylı həm piyada əleyhinə, həm də tank əleyhinə minalar basdırılmışdır. Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA ( Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikasının müharibədən təsirlənən bölgələrinin yenidən qurulması və bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanıdır. Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentliyin (ANAMA) həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatları ilə bağlı may ayında açıqladığı hesabata görə, müharibənin başa çatdığı beş il ərzində - 2020-ci ilin noyabr ayından 2025-ci il iyunun 1-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən ümumilikdə 204 min 763 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənmişdir. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən, Prezidentin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”da əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” milli prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət proqramı hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirilir. Burada 12 şəhər üçün baş plan hazırlanıb, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə təsdiqlənib. Ümumilikdə 90 kəndin planlaşdırılması aparılmışdır. İndiyədək 28 yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Artıq 50 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Zəngilan rayonunun Ağalı kəndində inşa olunan ilk “ağıllı kənd” layihəsi uğurla həyata keçirilib və sakinlərin qayıdışı gerçəkləşib. Böyük potensiala malik bərpaolunan enerji resursları əsasında Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan etmişdir. Bu ərazilərdə günəş, külək və hidroenerji potensialının yüksək olduğu nəzərə alınaraq, bərpaolunan enerji mənbələri üzrə layihələr həyata keçirilir. Laçın və Kəlbəcər rayonlarında külək enerjisi, Zəngilan və Cəbrayılda isə günəş enerjisi stansiyalarının qurulması planlaşdırılır. Dövlət proqramı çərçivəsində zəruri yol-nəqliyyat infrastrukturlarının inşası da sürətlə davam etdirilməkdədir. Həmin nəhəng infrastrukturlardan biri - Zəngəzur dəhlizinin ən mühüm qovşaqlarından olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 85 faizindən çoxu yerinə yetirilib. Eləcə də Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilir. Füzuli, Zəngilan və Laçın hava limanları istifadəyə verilib və beynəlxalq uçuşların təşkili təmin edilib. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılışı baş tutub. “İstisu” mineral su zavodu istifadəyə verilib. Qarabağda təhsilə qayıdış Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi ilə başlasa da, bu gün artıq Tərtər rayonu Talış kənd tam orta məktəbi, Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəb, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz xalqı adından hədiyyəsi olaraq inşa edilən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb, Şuşa şəhəri 1 nömrəli tam orta məktəb, Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbi, eləcə də körpələr evi, uşaq bağçaları və adlarını qeyd etmədiyimiz digər təhsil müəssisələri ilə davam etməkdədir. Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” sərəncam imzalayıb. 2024-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində təmirdən sonra Qarabağ Universitetinin açılışı baş tutmuşdur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il iyulun 31-də sərəncam imzalanmışdır. 26 avqust – Laçın şəhəri günü 4 oktyabr – Cəbrayıl şəhəri günü 17 oktyabr – Füzuli şəhəri günü 20 oktyabr – Zəngilan şəhəri günü 25 oktyabr – Qubadlı şəhəri günü 8 noyabr – Şuşa şəhəri günü 20 noyabr – Ağdam şəhəri günü 25 noyabr – Kəlbəcər şəhəri günü Cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalanmışdır. Dəyişikliyə əsasən, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. . |