XX əsr Azərbaycan ictimai fikir tarixində Abdulla Şaiq
Talıbzadə görkəmli yer tutur. O öz dövründə xalq müəllimi,
şair, nasir, dramaturq və tərcüməçi kimi tanınmışdır.
Abdulla Şaiq əlinə qələm aldığı gündən ömrünün sonunadək,
təxminən altmış il yaratdığı bədii əsərlərlə milli
ədəbiyyatımızın zənginləşməsinə çalışmış, ədəbi fikrin,
maarif və mədəniyyətin inkişafına müəyyən təsir göstərmişdir.
2001-ci ildə Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar
olaraq Mənzil Muzeyinin önündə ədibin büstü qoyulmuşdur.
2012-ci ildə isə şairin barelyefli xatirə lövhəsinin açılışı
olub. Hər iki əsər xalq rəssamı Natiq Əliyev tərəfindən
hazırlanmışdır.
|