İndiki Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla teatrının
əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoymuşdur. Bu teatrın
ilk tamaşası 1932-ci ildə («Sirk» adlı tamaşa)
göstərilmişdir. Müxtəlif illərdə (1931- 1941-ci illər);
(1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə
isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941-1946-cı illər)
və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə)
fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var.
1964-ci il aprel ayının 15-də teatra «Dövlət» statusu
verilib. 1974, 26 iyul Azərbaycan Dövlət Kukla Teatırına
A.Şaiqin adı verilir. 1975-ci ildən teatrda böyüklər üçün də
tamaşalar göstərilir. Yarandığı gündən bu günəcən teatrda
yüzlərlə tamaşa hazırlanıb.
|