Abdulla Şaiq Talıbzadə (1881-1959) Milli ədəbiyyatımıza
zəngin bədii irs bəxş edən böyük Azərbaycan klassiki,
görkəmli maarif, mədəniyyət xadimidir. Milli uşaq
dramaturgiyasının banisi olan A.Şaiq Azərbaycanda ilk
dərslikləri yaradanlardan biri olub. Dünya ədəbiyyatı
nümunələrinin Azərbaycan dilinə çevirən ədib olmaqla bərabər
Azərbaycanın tanınmış tənqidçi və ədəbiyyatşünaslarındandır.
1896-cı ildə A.Şaiq anası və qardaşı ilə Yuxarı Dağlıq
küçəsi 21 ünvanında 1805-ci ildə inşa edilən üçmərtəbəli
binanın ikinci mərtəbəsindəki mənzilə köçərək ailə qurub,
1857-ci ilin dekabrına kimi burada yaşayıb və bir-birindən
gözə əsərlə yazıb-yaradıb. 1981-ci ild A.Şaiqin Dövlət
səviyyəsində keçirilən 100-illik yubileyi ilə əlaqədar bu
küçəyə ədibin adı verilib. 1990-cı ildə Azərbaycan Nazirlər
Sovetinin qərarı ilə yaradılan
Abdulla Şaiqin Mənzil
Muzeyi
1991-ci ilin dekabrında fəaliyyətə başlayıb və ədibin
120-illik yubileyi ərəfəsində 2001-ci ilin yanvar ayında
Muzeyin ekspoziyası açılıb. Ekspozisiya 4 otaqdan ibarətdir.
1-ci otaq A.Şaiqin dünya şöhrətinə həsr edilib. 2-ci otaqda
anadan olduğu Tiflis şəhərinin görüntüləri, ədibin nəsil
şəcərəsi, şəxsi həyatı, valideynləri, ailəsi ilə bağlı
xatirə əşyaları, fotolar, sənədlər yer alıb. 3-cü otaq
A.Şaiqin pedaqoji fəaliyyətinə həsr edilib. Milli
pedaqogikanın əsasını qoyan maarif xadimlərindən biri olan
Şaiq deyib: “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə fəxr
edirəm”. 4-cü otqada görkəmli alim, AMEA-nın həqiqi üzvü,
əməkdar elm xadımı, milli tənqid tarixi və nəzəriyyəsinin
əsasını qoymuş professor Kamal Abdulla Şaiq oğlu
Talıbzadənində guşəsi var.
Muzey onun həyat və yaradıcılığını, Abdulla Şaiqlə bağlı
olan yazıçı və müəllimlərin fəaliyyətini tədqiq və təbliğ
edir. Muzeyin əsas vəzifəsi gənc nəsli Şaiq fikri, onun
sənət dunyası ilə tanış etməkdən, ədibin ömrü boyu
göstərdiyi pedaqoji və geniş ictimai fəaliyyətini,
ədəbi-tənqidi görüşlərini təbliğ etməkdən ibarətdir.
Muzeyin 4000-dən artıq eksponatı olan zəngin kolleksiyası
vardır. Kolleksiyanın əsasını xatirə və məişət əşyaları,
qədim kitablar, fotoşəkillər, əlyazmaları, incəsənət
əsərləri, proqramlar, afişalar və s. təşkil edir.
Kolleksiyanın kitab və dövri mətbuat fondu 1200-dən cox
eksponatı əhatə edir. Onların arasında cox nadir
biblioqrafik nəşrlər, Abdulla Şaiqin yaratdığı ilk məktəb
dərslikləri, müntəxəbətlar, əsrin əvvələrinə məxsus dövri
mətbuat nümunəlləri və s. toplanıb. Muzeyn “Orijinal
fotolar” fondunda ötən əsrə aid A.Şaiqin həyat və
yaradiciliğini əks etdirən fotolar vardır. Muzeyin
girəcəyini heykəltəraş Natiq Əliyev tərəfindən yaradılan
A.Şaiqin büstü bəzəyir.
|